Milyarderlərə Ərə Getmiş Tanınmış Gözəl Qadınlar

Biz hamımız yaxşı bilirik ki, gözəl qadınlar hər zaman diqqət mərkəzində olur və hər kəs tərəfindən sevilir. Təəccüblü deyil ki, onlara dünyanın ən varlı kişiləri də biganə qala bilmir. Çünki biznesmenlər yanlarında həmişə gözəlliyi ilə öyünə biləcək qadınlar görmək istəyir. Hətta onlar yaraşıqlı olmasalar da, pul hər şeyi həll edir. Publika.az milyarder kişilərə ərə gedən ulduzların kiçik bir siyahısını yayımlayıb.

Ceyms Parker və Meray Keri

James Packer - Mariah Carey
James Packer – Mariah Carey

Məşhur müğənni Meray Keri (Mariah Carey) gənc həyat yoldaşından ayrıldıqdan sonra qısa zamanda özünə yeni sevgili tapır. O, Avstraliyanın ən varlı insanlardan biri – Ceyms Parker (sərvəti 3,7 milyard dollar) ilə görüşür.

Milyarder müğənniyə elə vurulur ki, onun qarşısında diz çökərək dəyəri 7 milyon 500 min dollar olan təkqaş brilliant üzüklə evlənmə təklifi edir. İndi cütlük toy etməyə hazırlaşır. Martda bildirilmişdi ki, cütlüyün toy mərasimi Karib Adalarının birində keçiriləcək və yalnız ən yaxın tanışlar çağırılacaq.

Salma Hayek və Fransua Anri-Pino

Salma Hayek and her husband, Francois-Henri Pinault
Salma Hayek and her husband, Francois-Henri Pinault

Fransız biznesmen ilə Salma Hayek 2006-ci ildə tanış olub. Fransalı oliqarx “Christies” auksion evinin, eləcə də çoxsaylı moda brendlərinin (“Gucci”, “Saint Laurent”, “Balenciaga”, “Bottega Veneta”, “Alexander McQueen”) direktorudur. Cütlüyün bu nikahdan bir qızı var. Onu da qeyd etmək lazımdır ki, aktrisa Fransua Anri-Pino ilə ailə qurduqdan sonra demək olar ki, filmlərdə çəkilmir.

Natalya Vodyanova

Natalya Vodyanova
Natalya Vodyanova

Rusiyalı model Natalya Vodyanova (Наталья Михайловна Водянова) 2003-cü ildə britaniyalı aristokrat və İngiltərənin 3-cü ən varlı kişisi kimi tanınan Castin Portmanla ailə həyatı qurub. Bu nikahdan cütlüyün 3 övladı var. Dünyanın ən varlı kişilərindən biri ilə evlənən Natalyanın xoşbəxtliyi uzun davam etməyib. Model ingiltərəli həyat yoldaşından 2011-ci ildə boşanıb.

Cazibədar modelin hazırki tərəf müqabili də dünyanın ən zəngin kişilərindən biridir. O, zinət əşyalarının istehsalı üzrə ən iri şirkətlərin sahibi Bernar Arnonun oğlu Antuan Arno ilə görüşür. “Forbes” jurnalının versiyasına görə, Bernar Arno planetin ən varlı adamlarının siyahısında dördüncü yerdədir. Antuan Arno “Louis Vuitton” brendinin kommunikasiya şöbəsinə başçılıq edir, eyni zamanda, kişi ayaqqabıları, lüks və eksklüziv aksessuarlar istehsal edən “Berluti” şirkətinin baş meneceridir.

Yeri gəlmişkən onu da qeyd edək ki, Natalyanın Antuanla münasibətindən 2 oğlu var. Natalya dünyanın ən dövlətli kişiləri ilə görüşməsinə baxmayaraq, modellik karyerasından imtina etməyib. O, çəkildiyi reklamlardan kifayət qədər böyük pullar qazanır.

Ceffri Soffer və El Makferson

Elle Macpherson - Jeffrey Soffer
Elle Macpherson – Jeffrey Soffer

52 yaşlı avstraliyalı model El Makferson (Elle Macpherson) Mayamidəki “Turnberry Associates” ticarət mərzklərinin sahibi və milyarder Ceffri Soffer (Jeffrey Soffer) ilə evlidir. Cütlük 2009-ci ildə tanış olub, 2013-ci ildə isə öz münasibətlərini qanunlaşdırıb. Gözəl toy Ficidə baş tutmuşdu və yalnız ən yaxınlar çağırılmışdı. 52 yaşlı model ərindən 6 yaş böyükdür.

Rupert Merdok və Cerri Holla

Rupert Murdoch - Jerry Hall
Rupert Murdoch – Jerry Hall

84 yaşlı amerikalı multimilyarder, media maqnatı Rupert Merdok (Rupert Murdoch) özündən 25 yaş kiçik sabiq model Cerri Holla (Jerry Hall) evlidir. Cerri 84 yaşlı Merdokun 4-cü həyat yoldaşıdır. Hazırda Merdokun 3 arvaddan 6 övladı var. 59 yaşlı Cerri Holl isə 20 il “The Rolling Stounes” qrupunun vokalisti Mik Caqqer ilə qeyri-rəsmi nikahda yaşayıb.

1979-cu ildə yaradılmış “News Corporation”un sahibi olan Rupert Merdokun 11,6 milyard dollarlıq varidatı var.

Miranda Kerr və Evan Şpigel

Miranda Kerr - Evan Spiegel
Miranda Kerr – Evan Spiegel

Tanınmış avstraliyalı model, 33 yaşlı Miranda Kerr 26 yaşlı milyarder Evan Şpigellə (Evan Spiegel) sevgilidir. Tələbəlik illərində Bobbi Mörfi və Reqqi Braunla hazırladığı “Snapchat” sayəsində gəncin ümumi sərvəti 1,9 milyarda çatıb.

Dünyanın ən gənc milyarderi olaraq “Forbes” jurnalında yer alan Şpigel toplantıların çoxuna Miranda ilə birlikdə qatılır. Miranda Kerr də dünyanın ən çox qazanan modelləri siyahısındadır. Cütlük rəsmi evli deyil, lakin xarici KİV-in yazdığına görə, onlar münasibətlərini rəsmiləşdirməyi planlaşdırırlar.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir