Prezident İlham Əliyevin qəti və prinsipial siyasətinin nəticəsidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir və bu mövqe ardıcıl surətdə daha da güclənir.

Məhz bu siyasətin nəticəsidir ki, bu gün dünya ictimaiyyəti Ermənistanı işğalçı ölkə kimi tanıyıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu  millət vəkili  deyib.

Onun sözlərinə görə, əgər bir qədər bundan öncəki dövrə baxsaq görərik ki, o zaman Azərbaycan heç də dünya tərəfindən geniş şəkildə tanınan ölkə deyildi.

“Ancaq uzun illər Azərbaycanın əldə etdiyi uğurlar, beynəlxalq arenada qazandığı nailiyyətlər və Azərbaycanın bir müstəqil ölkə kimi dünya ictimaiyyətinə təqdim olunması və müstəqil siyasətin yeridilməsi təbii ki, dünya ictimaiyyəti tərəfindən də ölkəmizin haqq səsini eşitməyinə müvəffəq olmuşdur.

Bu gün Azərbaycanın beynəlxalq diplomatiyasının uğurudur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolu ancaq Azərbaycan torpaqlarının işğaldan azad edilməsində, ərazi bütövlüyünün bərpa olunmasında görünür.

Bütün bu uğurlar cənab prezidentin apardığı düzgün və düşünülmüş beynəlxalq siyasətin göstəricisidir və Azərbaycanın artan beynəlxalq nüfuzunun nəticəsidir”-deyən, A.Badamov həmçinin qeyd edib ki, bu gün Ermənistan, onun başabəla siyasətçiləri, dövlət rəhbərləri, o cümlədən, istefa oyunu oynayan Nikol Paşinyan və komandası regionda sülhə, təhlükəsizliyə ciddi təhlükə qaynağı olaraq qalmaqdadır.

“Onlar münaqişənin həllində, bu bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasında maraqlı deyillər. Hər vəchlə sülhə, təhlükəsizliyə, münaqişənin həllinə, danışıqlar prosesinə mane olur, hər cür çirkin təxribatçılıq əməllərinə əl atırlar.

Terror və terrorçuluq bu gün Ermənistanın dövlət siyasətidir.

Ancaq hər bir şeyin sonu olur, geci-tez var.

Əgər onlar ağıllarını başlarına toplamasalar, xəstə təxəyüllərindən, şovinizm xəstəliyindən qurtulmağa cəhd etməsələr, Azərbaycana, qardaş Türkiyəyə qarşı əsassız iddialarından , təxribatçılıq, terrorçuluq əməllərindən əl çəkməsələr, özləri daha rəzil və daha bərbad vəziyyətə düşəcəklər.

Yəni, özləri ağıllanmasa, Azərbaycan onları “ağıllandıracaq”. Seçim özlərinindir”-deyə, millət vəkili sözlərinə əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın