Millət Vəkili Qənirə Paşayeva: Atatürkün İndi Məzarda Sümükləri Sızlayır

Dədələrimizə atılan iftiraya dəstək verən biri dədələrimizin bizə əmanət etdiyi İstanbulda CHP (Türkiyənin “Cümhuriyyət Xalq Partiyası”) şəhər qurumu başqanı olur, dəhşətdir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu millət vəkili Qənirə Paşayeva bugünlərdə Türkiyənin “ana müxalifət” partiyası olan CHP-nin ən böyük – İstanbul şəhər qurumunun başqanı seçilən və dərhal da Atatürkə həqarətinə, terrorçu HDP-çilərlə həmrəyliyinə, “Gəzi parkı” olaylarında provakatorluğuna görə haqqında cinayət işi qaldırılan Canan Kaftancıoğlunun ermənilər tərəfindən dəstəklənməsinə münasibətini bildirərkən dilə gətirib.

Millət vəkili bu seçimi heç cür anlamadığını, burada məntiq görmədiyini bildirib:

“Bəzi məsələləri anlamıram. Ağıl, məntiq almır. Qatı millətçi, şovinist ermənilər bayram edir və uydurma “erməni soyqırımı” iddialarını dəstəkləyən qadın CHP İstanbul şəhər qurumu başqanı seçildi”, deyirlər. Ey Türk Millətinin balaları, axı, bu, necə ola bilir? Atatürkün indi məzarda sümükləri sızlayır, nə deyim?! Görəcək günlərimiz varmış… Dədələrimizə atılan iftiraya dəstək verən biri dədələrimizin bizə əmanət etdiyi İstanbulda CHP şəhər qurumunun başqanı olur. Bu an duyğularımı deməyə sözler belə yetməz…”, – deyən millət vəkili sonra Kaftancıoğlu ilə bağlı erməni mətbuatında gedən yazını öz Facebook səhifəsində paylaşıb.

Onu da vurğulayaq ki, Kaftancıoğlunun CHP-nin İstanbul şəhər qurumunun başqanı seçilməsi nəinki Türkiyə ictimaiyyətində, eləcə də, CHP-nin özündə ciddi narazılıqlara səbəb olub.

Partiyanın genəl başqanlığına namizədliyini irəli sürən tanınmış vəkili Ümit Kocasakal “Atatürkü qəbul etməyən, ona həqarət edənlər CHP-də ola bilməzlər” açıqlaması ilə çıxış edib.

Həmçinin, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan bu həftə AKP-nin TBMM-dəki qrup toplantısında çıxışı zamanı CHP-ni və Kaftancıoğlunu sərt sözlərlə tənqid edib.

Bundan sonra Kaftancıoğlu haqqında cinayət işi qaldırılıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir