Mikayıl Cabbarov: Yeni şərtlərlə yaşamağa və işləməyə vərdiş etməliyik

“Pandemiyanın nə zaman bitəcəyi bilinmir, ona görə də sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları ilə işləməyi öyrənməlidirlər”. 

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov pandemiyanın təsirlərinin uzun müddət çəkə biləcəyini istisna etməyib.

Nazir bildirib ki, istər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdırlar:

“Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu, onların biznesləri üçün daha vacibdir”. 

M.Cabbarov qeyd edib ki, sahibkarların qaydalara riayət etməsi iqtisadi fəallığa təsir edir:

“Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və gələcək həyat tərzimiz daha çox davranışlarımızdan asılı olacaq”.

Nazir əmin olduğunu bildirib ki, birgə səylərlə biznes tədricən iqtisadi itkiləri bərpa edəcək.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir