Təhlükəsizlik sistemində tapılmış boşluq sayəsində hakerlər Microsoft Windows 10 əməliyyat sistemi istifadəçilərinin məlumatlarına müdaxilə edə bilir. Təhlükəsizlik məsələləri üzrə ekspertlər ilk dəfə 1997-ci ildə təsvir edilmiş təhlükəli boşluğu “Windows 10 Anniversary Update” adlı ən yeni yeniləmə paketində tapıblar.

Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC Mail.ru-ya istinadla xəbər verir ki, fayl, printer və başqa şəbəkə resurslarına uzaq məsafədən giriş üçün tətbiq edilən “Server Message Block” (SMB) şəbəkə protokolunda boşluq qeydə alınıb. Həmin boşluq hakerlərin sistemə müdaxilə etməsinə, “Microsoft” hesabı üçün loqin və parolu ələ keçirməsinə imkan verir. Əvvəllər bu boşluğa ciddi əhəmiyyət verilmirdi. Hazırda daha çox insan “Microsoft” hesabından istifadəyə əsaslanan məhsullar işlədir.

Ekspertlər bildirdiyinə görə, Google Chrome, Mozilla Firefox və başqa tanınmış brauzerlər bu problemdən sığortalanıb.


Windows 10 Features


Windows 10: Anniversary Update

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın