Məşhur Ulduz Cütlük Ancelina Coli-Bred Pitt Niyə Ayrıldı?

Amerikalı məşhur Holliwood aktrisası Ancelina Coli (Angelina Jolie) sentyabrın 19-da başqa bir tanınmış ulduz – Bred Pitt (Brad Pitt) ilə boşanmaq üçün ərizə verib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, Coli və Pitt arasında “barışmaz anlaşılmazlıqlar” yaşanıb. Bununla belə nəşrin həmsöhbətləri qeyd ediblər ki, boşanma prosesinin başlanması hər hansı bir üçüncü şəxs ilə bağlı deyil.

Qeyd edək ki, Ancelina ColiBred Pitt 10 illik münasibətdən sonra 2014-cü ilin avqust ayında ailə qurmuşdular. 41 yaşlı Coli və 52 yaşlı Pittin üç uşağı var: Şaylo adlı qız və əkizlər Noks ilə Vivyen. Cütlük həm də uşaqlığa götürdükləri üç balacaya – kambocalı Meddoks, vyetnamlı Paks və efiopiyalı Zaxaraya tərbiyə verir.

Ancelina Joli Bred Pittin Necə Atalıq Etməsini Bəyənmir

A.Coli TMZ-yə açıqlamasında B.Pittin atalıq borcunu yerinə yetirməməsindən narazılıq edib və məhkəmədən altı uşağın himayəsinin ona verilməsini, həyat yoldaşının uşaqlara yalnız istirahət günlərində baş çəkməsi ilə bağlı qərar çıxarmasını xahiş edib.

Bred Pitt Ancelina Coli ilə boşanmasına Üzülüb

Bred Pitt isə Daily Mail-ə müsahibəsində Ancelina Coli ilə boşanmasına görə üzüldüyünü bildirib:

“Mən bu olaya görə çox üzülürəm. İndi önəmli olan uşaqlarımızın sağlamlığıdır. Mən KİV-dən xahiş edirəm ki, bu çətin çağlarda onlara toxunmasınlar”.

Angelina Coli Bred Pittdən İngiltərəyə Köçmək üçün Boşanıb

“Brangelina: Danışılmayan Hekayə” kitabının yazarı Yan Halper, Hollywood ulduzları Ancelina Coli Bred Pitin boşanma səbəbini açıqlayıb. O, məşhur cütlüyün boşanma səbəbinin İngiltərəyə köçmək üstündə olduğunu deyib.

Belə ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri olan A.Coli siyasətlə bağlı işlərini aparmaq üçün İngiltərəyə köçmək istəyib.

Aktrisa uşaqları da özü ilə apararaq Pittlə uzaqdan evli qalmaq istəyib. Ancaq B.Pitt buna razı olmadığı üçün Coli boşanmaqla bağlı qərar verib.

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir