Məşhur Beyonce-Jay Z cütlüyü Havay adalarında: Onlar boşanmır

Dünyada məşhur ulduz cütlük boşanma xəbərlərinə ailəvi şəkil paylaşaraq cavab verib. Müğənni Beyons Nouls (Beyoncé Nouls) və həyat byoldaşı reper Cey Zi (Jay Z) övladları ilə birlikdə Havay adalarına istirahatə gedib.

Beyons konsertlərindən və dünya turlarından kənarlaşaraq ailəsi ilə Havay adalarında dincəlir. İfaçı sosial şəbəkədə əri ilə səmimi şəkillər paylaşıb. Fotolarda xoşbəxt müğənni rəngli geyimdə sahildə ailəsi ilə oyun oynayır.

beyonce-beach-hawaii-vacation-blue-ivy-jay-z-01

Beyonce Jay Z - tanınmış ulduz cütlük boşanmır. Havay adalarında dincələrkən fotolarını sosial şəbəkələrdə yayımladılar
Beyonce Jay Z - tanınmış ulduz cütlük boşanmır. Havay adalarında dincələrkən fotolarını sosial şəbəkələrdə yayımladılar
Beyonce Jay Z - tanınmış ulduz cütlük boşanmır. Havay adalarında dincələrkən fotolarını sosial şəbəkələrdə yayımladılar
Beyonce Jay Z - tanınmış ulduz cütlük boşanmır. Havay adalarında dincələrkən fotolarını sosial şəbəkələrdə yayımladılar
Beyonce Jay Z - tanınmış ulduz cütlük boşanmır Beyonce Jay Z – tanınmış ulduz cütlük boşanmır. Havay adalarında dincələrkən fotolarını sosial şəbəkələrdə yayımladılar

Bir müddət öncə Beyonsun sonuncu albomu “Lemonade” qalmaqala səbəb olmuşdu. Müğənni albomundakı hər mahnısında xəyanətdən, sevgidən və qısqanclıqdan bəhs edib.

Cey Zinin dizayner Reyçel Roy (Rachel Roy) ilə eşq yaşadığı iddia olunub. Beyonsun fanatları sosial şəbəkədə dizaynerə qarşı aksiya keçirərək onun ünvanına təhqiramiz sözlər yazıb. R.Roy hətta tədbirlərin birində çıxışından imtina edib. Dizayner bütün söz-söhbətlərə son qoymaq üçün yayılan şayiələrə cavab verib.

O, bütün yayılan məlumatları təkzib edib: “Yayılan məlumatların hamısı kökündən yalandır. Mənim Instaqram səhifəm başqaları üçün meydan olub. Məni təhqirdən əlavə öldürməklə təhdid edirlər. Mənim iki qızım var. Ailə bağlılığına və sevgiyə sayğı göstərən insanam”.

Daha sonra məyus olmuş fanatlar britaniyalı müğənni Rita Oraya hücum ediblər. İddiaya görə, reper Beyonsa Rita Ora ilə xəyanət edib. Lakin ifaçı Twitter hesabında yayılan məlumatları təkzib edib: “Mən heç vaxt “sarı mətbuat”a fikir verməmişəm. Lakin mənim barəmdə yayılan məlumatların hamısı yalandır. Mən Beyonsa hörmət edirəm və gəlin onun yeni albomunu dinləyərək həzz alaq”.


Beyonce – Lemonade (Trailer)

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir