Tanınmış müğənni Meray Keri (Mariah Carey) Ceyms Parkerlə (James Packer)  baş tutmayan toyunda geyməyi planlaşdırdığı 250 min dollarlıq gəlinliyinə yeni klipinin çəkilişlərində od vurub yandırıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı xarici mətbuata istinad edərək bildirir ki, Amerikalı müğənni Meray Keri “I Do Not” adlı mahnısına çəkdiyi yeni klipdə 250 min dollar dəyərindəki “Valentino” markalı gəlinliyini oda atıb. 46 yaşlı ifaçı bu hərəkətilə keçmiş milyarder nişanlısı Ceyms Parkerə mesaj yollayıb.

Gəzən söz-söhbətlərə görə, klip cütlüyün ayrılmazdan öncə birlikdə qaldıqları evdə çəkilib.


Mariah Carey – I Don’t ft. YG

“Woman’s Day” jurnalının yazdığına görə, Ceyms Parker müğənnidən bədxərcliyi və israfçılığı səbəbindən ayrılmağa qərar verib.

Məlumat üçün onu da bildirək ki, dünya şöhrtəli ifaçı indi 33 yaşlı rəqqas Brayn Tanaka ilə (Bryan Tanaka) sevgilidir.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın