Türkiyənin meqastarı Tarkan öz fanatı ilə evləndi. Bu xəbərlə bağlı Twitterdə son bir saat içində minlərcə tweet atıldı.

Türkiyənin ən çox qibtə edilən subaylarından biri bununla da münasibətlərini rəsmiləşdirib. Tarkan-Pınar Dilek cütlüyünün nikah mərasimi üçün dəbdəbədən kənar kiçik məclis qurulub.

Mərasimdə cütlüyün dostları və qohumları iştirak ediblər. Tarkanın evi mərasimə görə çiçəklərlə bəzədilib. Gəlinin geyimi də klassikadan uzaq olub. Tarkan qara kostyumda olsa da, sevgilisi sadə ağ saçaqlı geyimdə olub.

Mega star Almaniyada konsertlərinin birində tanış olduğu Pınarla 5 ildir ki, sevgili idi. Belə ki, P.Dilek Tarkanın fanatlarından biri olub. Onların ilk fotosu da 2008-ci ildə, Tarkanın Almaniyada olan konserti zamanı çəkilsə də cütlüyün münasibətləri ötən il ortaya çıxmışdı. Tarkan ötən ilin son günlərində sürpriz şəkildə nişanlandı.

Tarkanın həyat yoldaşı P.Dilek Almaniyada (Duisburg) bir türk ailəsində dünyaya gəlib. Anası Elazığlı, atası isə Şanlıuradandır.

Fevral ayında müğənni sevgilisinə 1,5 milyon türk lirəsinə (hardasa 800.000 AZN) ev hədiyyə etmişdi. Daha doğrusu, Tarkan evləndikdən sonra Pınar Dileklə birlikdə yaşamaq üçün ev alıb. O, evi sevgilisinin adına qeydiyyatdan keçirib.

Bilge Öztürk Tarkanın evlilik xəbərinə “Doğru olmaz” dedi

HaberTürk Tarkanın ən uzun sevgi münasibətində yaşadığı hüquqşünas Bilge Öztürkə “Tarkan evlənir, bu evlilik üçün nə düşünürsünüz?” diye soruşdu. Öztürk öncə “Evləndiyini düşünmürəm!” deyib, ardından “Ayrıldığımız səkkiz il oldu, danışmağım doğru olmaz” deyə davam etdi.

Mega Star Tarkan fanatı Pınar Dilek ilə evləndi
Bilge Öztürkün keçmiş sevgilisi Mega Star Tarkanın evlənməsinə münasibəti

Bilge Öztürk Tarkanın evlilik xəbərlərini duymadığını, səkkiz ildir də Megastarla görüşmədiyini, ancaq yaxşı ayrıldıqlarını söylədi.

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın