Pop səhnəsinin kralı Maykl Ceksonun (Michael Jackson) mədəni irsi, hətta dünyasını dəyişdikdən sonra gəlir gətirməkdə davam edən məşhurların illik reytinq siyahısına yenidən böyük fərqlə başçılıq edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, reytinqi Amerikanın tanınmış “Forbes” jurnalı yayımlayıb.

Dərginin yazdığına görə, 2009-cu ildə ölmüş müğənni artıq ardıcıl beş ildir ki, belə siyahıda birinci yeri tutur.

Pop ulduzunun mirası, həmçinin mülkiyyətləri ilə bağlı aparılan əməliyyatlar ona 12 ay ərzində 75 milyon dollar gəlir gətirib.

Siyahıda ikinci yeri peşəkar qolfçu Arnold Palmer tutub. O, ötən ilin sentyabrında vəfat edib. İdmançının gəliri 40 milyon dollardır. Üçüncü yer 2000-ci ildə həyatdan köçən amerikalı karikaturaçı Çarlz Şultsa məxsusdur – 38 milon dollar. Ölmüş varlı ulduzlar dördlüyünü “rok-n-rol” kralı Elvis Presli qapayır. 1977-ci ildə həyatını itirən müğənni il ərzində 35 mln. dollar qazanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın