Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan Şəmkir beynəlxalq turnirinin iştirakçıları məlum olub. Azerisport.az xəbər verir ki, ardıcıl üçüncü dəfə təşkil olunacaq yarışda dünya çempionluğuna namizəd Sergey Karyakin (Rusiya), Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Pavel Elyanov (Ukrayna), Pentala Harikrişna (Hindistan), Xou İfan (Çin) eyni zamanda Azərbaycan yığmasının üzvləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədovla mübarizə aparacaq.

Təqviminin sıxlığına görə dünya çempionu, Şəmkir turnirinin ikiqat qalibi Maqnus Karlsen bu dəfə yarışa qatılmayacaq.

Vüqar Həşimovun xatirə turnirinin açılış mərasimi mayın 25-də olacaq. İlk tur mayın 26-da start götürəcək. 9 turdan ibarət yarış iyunun 4-də yekunlaşacaq. Turnir “Synergy Group”un dəstəyilə baş tutacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın