Şahmat üzrə indiki Dünya Çempionu Maqnus Karlsen yerli mətbuata müsahibə verib. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı həmin müsahibəni diqqətinizə çatdırır.

Dünyada Koronavirus (COVID-19) pandemiyası yayılır. Səninlə bağlı və ümumiyyətlə Norveçdə durum necədir?

Xaricdə yoluxmuş insanların ölkəyə qayıdışından sonra bizdə də virusa yoluxanların sayı artmağa başladı. Dövlətimiz vaxtında reaksiya verdi və onlar nəzarət altına alındılar. Özüm əsasən mənzilimdə oluram. Kiçik bir soyuqdəymə ilə qarşılaşdım, ancaq bunun Koronavirusla heç bir əlaqəsi yox idi.

Dünyada bütün idman yarışları dayandırıldığı bir vaxtda Yekaterinburqda “İddiaçılar Turniri” başladı və yeddi tura qədər davam etdi. Bununla bağlı düşüncələrini bilmək maraqlıdır.

FIDE çətin duruma düşmüşdü. Turniri başlatmaq qərarını tənqid etmək düzgün deyil. Bütün təhlükəsizlik tədbirləri görülmüşdü. Bütün oyunçular udmaq üçün mübarizə aparmağa hazır idilər. Rusiya uçuşları qadağan edənə qədər hər şey normal gedirdi, ancaq o qərar artıq yarışın dayandırılmasına gətirib çıxardı. 

Koronavirusa mümkün yoluxmanı düşünərək oynamaq olarmı? 

Şahmat çox stresli oyundur. Əlbəttə ki, Koronavirus haqda düşünmək stresi daha da artırır. Digər tərəfdən duruma uyğunlaşıb oynamaq da xarakter nümunəsidir. Hamı bərabər şərtlər altında idi.

Özünütəcrid zamanı şahmatın durumu necə olacaq?

Düşünürəm ki, şahmat bu dövrlərdə çiçəklənəcək, hər kəs bir ailə kimi onlayn şəkildə şahmat oynamağa davam edə bilər. 

Yəqin ki, məktəblərin bağlanması nəticəsində bir çox ailələr uşaqlarına şahmat taxtası alacaq? 

Ümid edirəm!

Atanızın sizə evdə şahmat oynamağı öyrətdiyi günlər yadındadırmı?

Bəzən sadəcə hobbim olduğu günləri yada salıram. Norveç U-11 çempionatını qazandığım anlar ən yaxşı xatirələrimdən biri olaraq qalır.

Leqo parçalarından şahmat fiqurlarına keçmək çətin olmadı ki?

Çətin oldu. Ancaq düşünürəm ki, Leqo praçaları və coğrafiya biliklərim sayəsində inkişaf etdirdiyim yaddaş mənim şahmatçı kimi yetişməyimdə böyük rol oynadı.

Noyabrda 30 yaşın tamam olacaq. Şahmat aləmində etmədiyin, ya da etmək istədiyin nəsə qalıb? Motovasiya ilə bağlı problemin yoxdur ki?

Son 10 il boyunca motivasiya ilə bağlı problemim olmamışdır və yaxın gələcəkdə olacağını düşünmürəm. Hələ öyrəniləsi çox şey var. Motivasiyam başqa şahmatçıları titulumdan uzaq tutmağımdır. 

Yaranmış durumda ilin sonuuna planlaşdırılan Dünya Çempionu uğrunda final qarşılaşmasına hazırlıqların necə olacaq?

Daha çox onlayn şəkildə hazırlaşacağam.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın