Joze Mourinyo (José Mourinho) London otellərinin birində Mançester Yunayted futbol klubun rəhbərliyi ilə görüşərək müqavilə imzalayıb. Beləliklə, onun qırmızı şeytanların baş məşqçisi olacağı xəbəri rəsmiləşdirilib.

Sky Sports nəşrinin verdiyi məlumata görə, portuqaliyalı futbol mütəxəssisin Mançester Yunaytedlə anlaşması yaxın vaxtlarda elan ediləcək. Razılığa əsasən növbəti 5 ildə Mourinyo Mançester Yunaytedi çalışdıracaq. Bu barədə məlumatı Mançester Yunaytedin keçmiş müdafiəçisi Rio Ferdinand da təsdiq edib. Ferdinand bu barədə Twitter hesabında xəbər verib və Mourinyo ilə şəklini yerləşdirib.

Mayın 24-də Mançester Yunayted rəhbərliyi Lui Van Qalın istefaya getdiyi xəbərini təsdiq edib. Klubun vitse-prezidenti Ed Vudvord hollandiyalı məşqçiyə çox sağ ol deyib. “Unutmayaq ki, bu iki il ərzində Van Qal və onun komandası peşəkarlıqla çalışıb. Klub Luiyə gələcək işlərində uğurlar arzulayır” – deyən vitse-prezident fikrini yekunlaşdırıb.

Ötən il dekabrın 16-da Çelsidən ayrılan Mourinyo ilk dəfə 2004-2007-ci illərdə Çelsiyə başçılıq edib. Həmin vaхt komanda onun rəhbərliyi altında Premyer Liqanın (2 dəfə), Federasiya Kubokunun (1), Liqa Kubokunun (2) və İngiltərə Super Kubokunun qalibi olub. 2013-cü ildə yenidən komandanın başına keçən portuqaliyalı mütəхəssis ötən mövsüm komandanı Premyen Liqanın və Liqa Kubokunun qalibi etmişdi. Lakin cari mövsümdə komanda uğursuz çıхış edib. Premyer Liqadan fərqli olaraq Çempionlar Liqasında uğurlu çıхış edən London klubu 1/8 finala lider kimi çıхıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın