Avropa Birliyinin (AB) Azərbaycandakı elçiliyinin başçısı Malena Mard Bakıda diplomatik missiyasının başa çatması ilə bağlı jurnalistlərlə sağollaşma toplantısı keçirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, M.Mard Bakıda keçirdiyi bu illərin onun üçün “fantastik təcrübə” olduğunu bildirib:
“Azərbaycan mənim ürəyimdən heç zaman silinməyəcək. Bu ölkə mənim və ailəmin yaddaşında səxavətliliyi və qonaqpərvərliyi ilə qalacaq”.

M.Mard qeyd edib ki, AB yaxın vaxtlarda Bakıda, həmçinin mədəniyyət sahəsində olmaqla bir sıra layihələr reallaşdırmağı planlaşdırır. O, eləcə də, Azərbaycan və AB arasında yeni anlaşma ilə bağlı aparılan danışıqların önəmliliyini vurğulayıb.

M.Mard AB-nin (European Union) Azərbaycandakı nümayəndəliyinə 2014-cü ildən başçılıq etməyə başlayıb. Onun davamçısının adı bir az sonra bilinəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın