“Son axın” verilişinin sonuncu buraxılışı zamanı tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Nikol Paşinyanın apardığı siyasətə münasibətindən, Azərbaycanın Füzuli rayonuna, erməni işğalından azad olunmuş Cocuq Mərcanlı kəndinə və Lələtəpə yüksəkliyinə səfərindən danışıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Şevçenkonun bununla bağlı çıxışını təqdim edir:

“Bir müddət öncə Aleksandr Duqin məni Azərbaycana və Qarabağda münaqişə zonasına getməyə çağırdı – Şevçenko öz çıxışını başlayıb. – Çoxları məni qınayır, erməni oxucular düşünür ki, mən satılmışam, mən Bakıdan pul almışam.

Birincisi, sizə and verirəm ki, mən heç bir pul almamışam. Əgər mənə pul təklif etsəydilər, oraya heç vaxt getməzdim. Azərbaycanın işğal olunmuş ərazilərində erməni ordusu görünməli idi. Əlbəttə, oraya öz torpaqlarından məcburi çıxarılmış milyonlarla azərbaycanlı qayıtmalıdır. Və bundan sonra Bakı Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar apara bilər.

Mənim mövqeyim heç vaxt dəyişməyib – düşünürəm ki, Azərbaycanda yüz illər boyu yaşayan ermənilər də ora qayıtmalıdırlar. Düşünürəm ki, Ermənistandan qovulmuş 400 min azərbaycanlı evinə qayıtmalıdır. Bu, hamı üçün faciədir. Müharibə hər kəs üçün pis seçimdir. Bunu demək üçün oraya getdim.

Düşünürəm ki, bu rayonlar qeyd-şərtsiz azad olunmalıdır. Serj Sarkisyan yaxşı, ya pis olsa da, beş rayonun qaytarılması ilə bağlı razılığa gəlmişdi. Bu gərginliyin aradan qaldırılmasına gətirib-çıxardı…

Ancaq Sarkisyan devrildi, Paşinyan gəldi və zorakılığın artması yenidən başladı. Mən Paşinyanın siyasətinə qarşıyam. Düşünürəm ki, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi siyasəti davam etməlidir. Əminəm ki, millətçi miflərlə gözlərini yummayan ermənilər məni başa düşəcəklər.

Buna görə hesab edin ki, mənim Füzuliyə səfərim simvolikdir. Mən Azərbaycan və Ermənistan xalqını barış prosesini davam etdirməyə çağırıram. Yoxsa döyüşlər olacaq.

Azərbaycan ordusunun mövqelərində olanda əmin oldum ki, orada hamı müharibəyə hazırdır. Onlar öz Vətənləri üçün döyüşməyə hazırdır. Onlar hesab edir ki, vətənləri işğal olunub. Mən 20 il ermənilərin nəzarətində olan Azərbaycan qəbiristanlığında oldum. Mən talan edilmiş və dağıdılmış qəbirlər gördüm.

Bölgərə barış gərəkdir. Bu, mənim mövqeyimdir. Buna görə məni təhqir edənləri Allaha tapşırıram”.

https://www.youtube.com/watch?v=eVhzhwhiBuc

М.ШЕВЧЕНКО О ПОЕЗДКЕ В АЗЕРБАЙДЖАН 05.07.2018г

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın