Dünən UEFA Millətlər Liqasının C Divizionunun 1-ci qrupu çərçivəsində keçirilən Kipr-Azərbaycan oyunu millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə yeganə qolu kapitanımız Maksim Medvedev 29-cu dəqiqədə vurub. Bununla da millimiz Kiprlə ilk rəsmi görüşündən qalib ayrılıb. Bu həm də baş məşqçi Canni De Byazinin yığmamızla ilk qələbəsi olub.

UEFA Millətlər Liqası: Kipr – Azərbaycan 0:1

Qrupun başqa qarşılaşmasında Lüksemburq Monteneqroya 0:1 uduzub. İndi komandamız üç xalla qrup üçüncüsüdür.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın