Made in Azerbaijan brendi ilə xarici bazara çıxarılacaq mallar

“Son illər tikinti materiallarının istehsalında gücümüz yetərincə artıb və bu malların xarici bazarlara çıxarılması üçün geniş imkanlar var.

İndi bunun kimi bir sıra məhsulların ixrac mövqeyini təmin etmək və daha da artırmaq üzrə işlər aparılır. Başqa yandan xidmətlər sahəsində böyük potensial var və biz Azərbaycan daxilində təklif olunan xidmətləri dünya bazarına çıxarmaqda maraqlıyıq.

Tikinti, informasiya texnologiyaları, nəqliyyat və turizm sektorlarında təklif olunan xidmətlər üzrə effektiv çalışan şirkətlər klasteri onu deməyə imkan verir ki, bu istəklə çıxış etmək üçün bizim imkanlarımız yetərincə yaxşıdır”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı “Qafqazinfo”-nun suallarını cavablandırarkən deyib.

“Bir gündə ixracı dəfələrlə qaldırmaq olmaz. Bu mexanizmlərə kompleks işlərin bir parçası kimi baxmaq lazımdır. İxrac yetərincə qarışıq prosesdir. Burda istehsal, daxili bazarın ehtiyaclarının ödənilməsi, keyfiyyət, kəmiyyət kimi məsələlər var.

Eyni zamanda xarici bazarlarda iqtisadi durum, müştərilərin alıcılıq qabiliyyəti, tələbatın dəyişməsi kimi xarici amillər ixraca təsir göstərir. Hesab edirəm ki, haradasa 1-2 ilə biz qeyri-neft ixracının önəmli artım templərini görə biləcəyik.

Qeyri-neft məhsullarının ixracı, eyni zamanda həmin məhsulların istehsalının genişləndirilməsinə daha da stimul verəcək və qeyri-neft sektorunun ümumdaxili məhsulda yeri daha da möhkəmlənəcək”, – deyə R.Məmmədov bildirib.

O, həmçinin məhsulların xaricdə tanıdılması zamanı istifadə olunacaq vasitələrdən də söz açıb:

“Məhsulların xarici bazarlarda tanıdılması üçün müxtəlif tədbirlərin təşkili – ixrac missiyaları, mötəbər beynəlxalq sərgilərdə həm vahid stend adı altında, eyni zamanda fərdi şəkildə iştirak – mexanizmlərdə öz əksini tapır.

Eyni zamanda, bu məqsədlə reklam kampaniyalarının yaradılması planlaşdırılır. Azərbaycan məhsullarının xarici ölkələrin mağaza şəbəkələrinə, “Duty free” rəflərinə çıxışını təmin etmək də vacib amil kimi göstərilir. Bu kompleks dəstək mexanizmləri Azərbaycan məhsullarının dünya bazarında tanınma arealının genişlənməsi istiqamətində effektiv rol oynayacaq”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir