Mərkəzi Bankın sədri Elman Rüstəmov dollar kreditlərindən danışdı

“5000 dollara qədər olan kreditlərə güzəştlərin verilməsi məsələsi hökumətin gündəliyindədir”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, hazırda bu məsələ müzakirə olunur:

“Bu gün 5000 dollara qədər olan kredit 250 milyon dollar təşkil edir. Hazırda biz güzəştlərin verilməsi üçün mənbənin axtarılması üzərində işləyirik. Ola bilsin ki, bu fiksal qaydada həllini tapsın. Amma bununla bağlı nə vaxt qərar veriləcəyi məlum deyil. Maliyyə mənbəyi tapılandan sonra bilinəcək”.

Xatırladaq ki, 2015-ci ilin sonlarında Mərkəzi Bankın Azərbaycan manatının üzən məzənnəyə keçməsi haqqında qərarından sonra Azərbaycan manatı 50 %-ə qədər devolvasiyaya uğramışdı.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir