Mərkəzi Bank Naxçıvan Bankın qərarını şişirdənlərə populistlik dedi

Ötən həftə Naxçıvan bankın dollarla kredit götürənlər üçün məzənnənin dekabrın 21-ə qədər olan vəziyyətinə əsasən hesablanacağı barədə xəbər bütün ölkəyə ildırım sürətilə yayıldı.

Sosial şəbəkələr, media orqanları bu xəbəri “Naxçıvanda dolların məzənnəsi köhnə qaydada saxlanıldı”, “Naxçıvanda bütün banklar dollar kreditini köhnə qiymətlərlə verəcək” kimi xəbərlər paylaşıldı.

Bundan istifadə edən populistlər isə, bu qərarın ümumilikdə bütün ölkəyə tətbiq edilməsi təklifi ilə çıxış etməyə başladılar.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu qərar Naxçıvanda fəaliyyət göstərən bütün banklara deyil, yalnız Naxçıvan Banka aiddir.

Maliyyədən anlaşıyı olmayan insanların belə danışması qəribə görünməz. Amma bəzi insanların bilərəkdən belə məlumatları yayması, savadsızlıqdan başqa, qərəzdən də xəbər verir.

Belə bir qərarın ölkə ərazisində tətbiqi ölkədə olan demək olar ki, bütün bankların müflisləşməsi deməkdir. Bu isə ümumilikdə ölkədə maliyyə sismetinin tamamilə sıradan çıxmasıdır.

Eskpert Natiq Cəfərli də hesab edir ki, belə bir qərarın ölkə üzrə qəbulu Azərbaycanın ümumilikdə bank sektorunun çökməsi demək olardı.

“Birincisi demək lazımdır ki, Naxçıvan Bankın bu qərarında qeyri-qanuni heç nə yoxdur.  Amma nəzərə almaq lazımdır ki, söhbət təxminən 1 milyon dollar kreditdən gedir ki, bu da bir neçə 10 nəfərindir. Yəni, belə az həcmli kredit zamanı arada olan fərqi bank öz üzərinə götürə bilər. Lakin ölkə ərazisində bunun tətbiqi bank sektorunun çökməsidir”, – N.Cəfərli deyib.

Azərbaycan Respublikası Mərkəzi Bankı yayımladığı çıxarışında Naxçıvan Bankın kiçik bir bank olduğu və müştərilərinin az sayda olduğu vurğulanır. Belə ki, yaranmış olan itkini bankın öz hesabına qarşılayacağı gözlənilir.

Mərkəzi Bankdan deyilənlərə əsasən bu qərarın bütün banklara şamil edilməsi papulistik fikirlərdir. Belə bir addım bankların maliyyə durumunu ağırlaşdırar və başlıca olaraq əmanətçilərin əmanətlərini risk altına ata bilər.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir