Lesya Bakıda ən çılğın azərbaycanlı kişilərlə tanış oldu

İnter telekanalında “Vokrug M” (Вокруг М) proqramının aparıcısı Lesya Nikityuk (Леся Никитюк) ən qara neftin və ən çılğın kişilərin vətəni olan Azərbaycanın paytaxtı Bakıya gəldi.

“İdeal kişilər var, sadəcə, onları tapmaq lazımdır”.

Ukraynanın İnter TV kanalında yayımlanan “Lesya zdesya” (Lesya buradadır) verilişinin sloqanı belədir və veriliş çərçivəsində L.Nikityukun səfər etdiyi şəhər Azərbaycanın paytaxtı Bakı şəhəri olub. Aparıcı yeganə və əvəzolunmaz kişini tapmaq üçün bulvarda, bazarda, stadionda, Neft daşlarında və başqa məkanlarda kişilərlə tanış olub.


Леся и горячие азербайджанцы – Баку – Вокруг М – Интер

Bu gəzintidən sonra Lesya özü üçün bir neçə açılışlar etdi. Burada doğurdan da ailəyə dəyər verirlər, hətta bəzi hallarda ailənin möhkəmliyi ailə üzvlərinin xoşbəxtliyindən daha önəmlidir. Burada xanımlara qulluq və onların qeydinə qalmaq inanılmaz dərəcədə yüksəkdir. Hətta bundan başgicəllənməsi də ola bilər. Ancaq toydan sonra bütün bu dəbdəbə birdən-birə bitə bilər.

Aparıcı məşhur Qarabağ atlarını çapan Azərbaycanlı kişilərin ürəyinə yol tapmağın yollarını araşdırıb. Görəsən neftçinin xanımı ola bilmək üçün nələri etmək lazımdır. Bütün bunlara və başqa maraqlı sualların cavanını Lesya Azərbaycanın paytaxtı Bakı şəhərində axtarıb.

Xatırladaq ki, verilişin aparıcısı Lesya Nikityuk yeganə və əvəzolunmaz kişini tapmaq üçün dünya səyahətinə çıxıb. O, bir çox ölkələrdə olacaq və başqa-başqa ölkələrdən olan perspektivli bəylərin siyahısını tərtib edəcək. Aparıcı tanışlıq üçün ən yaxşı məkanları nümayiş etdirəcək. Aristokrat cənablardan nəyi gözləmək mümkün olduğunu göstərəcək.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir