Krım Tatarı Jamala 1944 mahnısıyla Ukraynanı ESC2016 qalibi etdi

İsveçin Stokholm şəhərində keçirilən ESC2016 mahnı müsabiqəsinin qalibi Ukraynanı 1944 mahnısı ilə təmsil edən tatar qızı Jamala oldu. Müğənni mahnısını iki dildə – İngilis və Krım Tatarlarının dilində (Krım Türkçəsində) oxuyub. Mahnı 1944-cü ildə Stalinin əmri ilə Krım tatarlarının deportasiya edilməsinə həsr edilib.


LIVE – Jamala – 1944 (Ukraine) at the Grand Final of the 2016 Eurovision Song Contest

Globe Arenada keçirilən 61-ci Eurovision yarışmasını milyonlarla insan izləyib. Krım tatarlarından olan Jamala 1944 mahnısı ilə Ukraynaya ikinci qalibiyyəti gətirdi. İlk dəfə 2004-cü ildə Wild Dances mahnısı ilə Ruslana Ukraynanı yarışmanın qalibi etmişdi.


Ruslana – Wild Dances (Ukraine) – LIVE – 2004 Eurovision Song Contest

Jamala – əsl adı Susana Camaladinova – Krım tatarıdır. Mərkəzi Asiyaya deportasiya olunanların nəslindəndir. Qırğızıstanda anadan olub. Atası türk (tatar), anası ermənidir.

Mahnı Krım tatarlarının 1944-cü ildə Stalin tərəfindən yurdlarından sürgün etməsindən bəhs edir. Mahnının nəqarət hissəsi türk dilindədir. Jamala yeni qayda üzrə keçirilən səsvermədə toplam olaraq 534 xal qazanıb.

Yarışmada 2-ci yeri 511 xalla Avstraliya təmsilçisi Dami İm, 3-cü yeri isə 491 xalla Rusiyalı müğənni Sergey Lazarev tutub.

“Miracle” mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci olub.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir