Koronavirusa görə Eurovision Song Contest-2020 keçirilməyəcək

Bu ilin may ayında Niderlandda keçirilməli olan “Eurovision Song Contest-2020” (ESC2020) mahnı yarışması koronavirusun yayılması riski səbəbi ilə rəsmi olaraq ləğv edilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı təşkilatçı qurum olan Avropa Yayım Birliyinin (EBU) saytında xəbər yerləşdirilib.

“COVID-19-un bütün Avropaya yayılması təhlükəsi, həmçinin iştirakçı ölkələrin hökumətləri, o cümlədən Niderland hökuməti tərəfindən tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq “Eurovision 2020” yarışmasının keçirilməsi mümkün deyil”, – rəsmi açıqlamada bildirilir.

Təşkilatçılar həmçinin qeyd edirlər ki, Avropa Yayım Birliyi (EBU) bu il “Eurovision”a ev sahibliyi etməli olan Rotterdam ilə birlikdə yarışmanın 2021-ci ildə keçirilməsini müzakirə etməyə davam edəcək.

2021-ci ildə hansı təmsilçinin yarışmaya göndəriləcəyinə hər bir ölkə müstəqil şəkildə qərar verə biləcək. Yəni istər artıq ESC2020 üçün seçilmiş təmsilçi, ya da başqa bir təmsilçi göndərilə bilər. Mahnı isə tamamilə başqa bir mahnı olmalıdır.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməli idi.

ESC2020 mahnı yarışmasında Azərbaycanı “Kleopatra” mahnısı ilə Efendi (Samirə Əfəndi) təmsil etməli idi.

Efendi – Cleopatra – Azerbaijan 🇦🇿 – Official Music Video – Eurovision 2020

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir