Beynəlxalq alimlər qrupu koronavirusun orqanizmdə qalma müddətini öyrənmək üçün Pekin Tibb Mərkəzində araşdırmalar aparıb.

Elmi işin nəticələri “ATSJournals” dərgisində yayımlanıb.

Aparılan araşdırmalardan sonra həkimlər qənaətə gəliblər ki, virus koronavirusdan (COVID-19) sağalananların yarısının orqanizmində hətta simptomlar yoxa çıxdıqdan sonra 1-8 gün ərzində qalıb.

Buna görə də, alimlər koronavirus infeksiyasından sağalanların karantin müddətinin bir, ya da iki həftə uzatmaq gərək olduğunu düşünürlər.

Mütəxəssislər orta yaş həddi 35,5 olan 16 xəstənin məlumatlarını araşdırıblar. Onlar 28 yanvar-9 fevral tarixində müalicə keçiblər. indi hamısı sağalıb və mənfi virus statusları vardır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın