Könül Nağıyeva: Bağlı Geyinəndə Kişi Həmişə Düşünür Ki, Görəsən..

Türkiyədə yaşayan və orada aktrisa kimi çalışan, eləcə də bizneslə məşğul olan Könül Nağıyeva geyim dəstlərini tez-tez Instagramda izləyiciləri ilə paylaşmağı sevir. Öncə “Ok” və “Nargis” jurnalının redaktoru kimi çalışan aktrisanın hər çıxışı modasevərlərdə böyük heyranlıq doğurur.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Könül Nağıyeva Publika.az-a moda haqqında məsləhətlərini bölüşüb.

Könül Nağıyeva: Getdiyim hər yerdə soruşurdular ki, onu haradan almısan?
Könül Nağıyeva: Getdiyim hər yerdə soruşurdular ki, onu haradan almısan?

Getdiyim hər yerdə soruşurdular ki, onu haradan almısan?

Aktrisa bildirib ki, uşaqlıqdan gözəl geyinməyə diqqət göstərib:

“Zövq həm zamanla formalaşır, həm də içdən gəlir. Öyünmək kimi çıxmasın, geyim-kecimimə həmişə diqqət etmişəm. Çünki gözəl geyinməyi çox sevmişəm. “Nargis”-dən öncə “Ok” jurnalının redaktoru olmuşam. Ondan qabaq televiziyada işləmişəm. Yəni hər zaman göz önündə olmuşam. Əgər sən daim göz önündəsənsə, geyimlərinə mütləq diqqət yetirməlisən.

Bir müddət xaricdə yaşamışam, Moskvada və Londonda təhsil almışam. Həmin müddətdə zövqüm artıq formalaşmışdı. İnsan nə qədər çox gəzir və görürsə, səyahət edirsə, bu, onun həm dünya baxışına, həm də geyim tərzinə mütləq təsir edir. Bahalı və zövqlü geyinmək arasında böyük fərq var. Başdan ayağa qədər lyuks markalardan geyinə bilərsiniz. Üzərinizdə böyük sərvət daşıdığınıza görə hətta sizi oğurlaya bilərlər (gülür). Əgər detallarda ahəngdarlıq yoxdursa, bahalı paltarlarln heç bir dəyəri olmayacaq. Demək istədiyim odur ki, bahalı geyim zövq göstəricisi deyil”.

Kino ulduzunun sözlərinə görə, marka kompleksi yoxdur
Kino ulduzunun sözlərinə görə, marka kompleksi yoxdur

Kino ulduzunun sözlərinə görə, marka kompleksi yoxdur:

“Ucuz markalarla bahalı brendləri qarışdırmağa üstünlük verirəm. Qarderobumda istənilən qiymətə paltar tapmaq olar. Axırıncı dəfə Beşiktaş çarşıdan keçirdim, vitrində gözəl paltar gördüm və çox bəyəndim. O paltarı alıb maraqlı dəst düzəltdim. Getdiyim hər yerdə soruşurdular ki, onu haradan almışam. Deyirəm ki, maraqlı və uyğun qiymətə paltar istəyirsinizsə, axtarışda olmalısınız və oxumalısınız. Bir sözlə, dəb dərgiləri və fashion blogerlər sayəsində zövqü də inkişaf etdirmək olur. Buna 100 faiz əminəm. Azərbaycanda yayımlanan stil yarışmasının birində münsif üzvi idim, gələn qızlara hər hansı dəb ikonaları ilə bağlı sual verəndə onları tanımırdılar. Belə xanımları görəndə çox əsəbiləşirdim. Fərqli qəbul olunurdu, düşünürdülər ki, bahalı paltarlar geyinsələr, zövqlü görünəcəklər. Belə bir dünya yoxdur”.

Könül Nağıyeva: Geyim üzərində saatlarla baş sındırmıram
Könül Nağıyeva: Geyim üzərində saatlarla baş sındırmıram

Geyim üzərində saatlarla baş sındırmıram

Obrazları ilə dəbsevərləri ilhamlandıran məşhur aktrisa hesab edir ki, moda qadın üçün əyləncədən o tərəfə keçməməlidir:

“Modanı sevsəm də, mənim üçün ciddi məsələ olmayıb, o bir əyləncə növüdür. Evdən çıxanda hazırlaşma prosesim 15 dəqiqə çəkir. “Bu gün nə geyinim?”, “Bu paltarı nə ilə uyğunlaşdırım?” sualı ətrafında saatlarla baş sındırmıram. O qədər vaxtım da yoxdur, işlərim başımdan aşıb-daşır. Bəlkə, modanı ciddi qəbul etmədiyim üçün məndə yaxşı alınır. Uğurlu dəst yaratmaqdan ötrü ilk növbədə rahat olmalısan, özünü sıxmamalısan. Həyatda o qədər müzakirə ediləsi məsələ var ki, geyim üzərində də ciddi düşünsək, ömrümüz gedər”.

Azərbaycanın stil ikonası “Qadın nə qədər gözəl geyinibsə, onu soyundurmaq bir o qədər baha başa gəlir” fikrinə də münasibət bildirib:

“Bu, qadın və kişi arasındakı münasibətlərdən asılıdır. Yəqin ki, bu düşüncədə qadının əlçatmaz olmasından söhbət gedir. Bütün kişilər yanında baxımlı və səliqəli xanım görmək istəyir. Bunun üçün gözəllik salonlarına pul xərcləməlisən, gözəl geyinməlisən, maddi tərəfləri də var. Belə xanımların diqqətdən kənar qalması imkansızdır.

Dolayısı ilə kişilərin həm baxımlı xanım sevməsi, həm də onların “baha başa gəldiyini” düşünməsi mənə məntiqli görünmür. Mən də gözəl görünə bilərəm, ancaq əynimdəki bahalı olmaya bilər. Baxır ki, qadınla kişi bir-birindən nə istəyir”.

Eyni qafada olaq

Aktrisa kişilərdə diqqət etdiyi məqamlardan da söz açıb:

“Kişinin mənimlə eyni dildə danışmasına diqqət edirəm, söhbət düşüncələrdən və həyat tərzindən gedir. 35 yaşım var, bu saatdan sonra mənə maraqlı olmayan mövzulardan danışmaq o deməkdir ki, boşu-boşuna vaxtımı itirirəm. Önəmlidir ki, qadınla kişinin maraqları uyuşsun. Başqa qadınların əks cinsdə nə axtardığını deyə bilmərəm, kimisi maddiyyata, kimisi xarici görünüşə, kimisə şöhrətə önəm verir. Mənim üçün əsas odur ki, türklər demiş, eyni qafada olaq”.

Görəsən, o köynəyin altında nə var?
Görəsən, o köynəyin altında nə var?

Görəsən, o köynəyin altında nə var?

K.Nağıyevanın açıq-saçıq geyimlərə münasibəti isə belə olub:

“Həmişə demişəm ki, açıq-saçıq geyinən xanımın onsuz da hər şeyi ortadır. Onlar kişilərdə maraq oyatsa da, bu maraq çox qısa müddət davam edir. Hesab edirəm ki, gözəl və açıq-saçıq geyinməyən xanım kişinin təxəyyülünü daha çox işə salır. Onda əks cins həmişə düşünür ki, “Görəsən, o köynəyin altında nə var?”. Kişi olsaydım, bağlı geyinən qadına fikir verərdim. Çünki açıq paltarlı xanıma baxan kişi onun bədən quruluşunu açıq-aşkar dəyərləndirə bilir.

Baxmayaraq ki, heç kim qadağa qoymayıb, açıq-saçıq geyinən biri olmamışam. Öz tərzim var. Bütün xanımlara da məsləhət görürəm ki, özü olsun. Dəb hər gün dəyişir. Özünüzə məxsus olanı, sizə özünüzü rahat hiss etdirəni və özünüzü ifadə edə bildiyinizi tapın. Hər anlamda özünüz olun. Çünki dərgilər, televiziya, internerdə olan mənbələr bizim kimi insanların yazdığı məlumatlardır. Ancaq mən başqasının düşüncəsi ilə öz həyatımı qura bilmərəm, içimdən nə gəlirsə, onu etmək istəyirəm.

Məsələn, deyək ki, yaşıl libaslar indi dəbdədir. Ancaq mənə yaraşmırsa, onu həyatda geyinmərəm. O, mən deyiləm. İnsan özünə aid olanı tapanda həm gözəl görünür, həm ona yaraşır, həm də əhval-ruhiyyəsi qalxır”.

Ülviyyə xanım öz işinin öhdəsindən çox gözəl gəlir

Müsahibimiz sonda “Nargis” jurnalının redaktoru, habelə “Nargis” nəşriyyat evinin təsisçisi və rəfiqəsi Ülviyyə Mahmudova ilə münasibətlərindən də danışıb:

“Ülviyyə xanım mənim rəisim idi. Təbii ki, dostluq münasibətlərimiz var, ancaq o, ilk sırada bossum olub. Bizim münasibətlərimiz hər zaman dərin qarşılıqlı sayğı duyğusuna söykənib. “Nargis” jurnalı yeni çalışmağa başlayanda, ona aktyorluq karyeramla ciddi məşğul olmaq istədiyimi və ayrılacağımı demişdim. Ayrılmaq müddəti 3 il çəkdi. O, bu günə qədər uğurlarıma sevinir və məni dəstəkləyir. Rəhbər kimi Ülviyyə xanım öz işinin öhdəsindən çox gözəl gəlir. Yaradıcı düşüncələri aşıb-daşan nadir insandır. Daim orijinal ideyalar yaradır və yeniliklərə can atır. Jurnal indi də uğurla fəaliyyətini davam etdirir. Bütün bunlara özü şəxsən nəzarət edir. O, öz işini və jurnalını çox sevir. Çünki orada min insanın əməyi var, bütün bunların başında isə Ülviyyə xanım dayanır. Mən də o komandanın bir üzvi idim, sonra öz yolumu seçib getdim. Bu, bizim münasibətlərimizə təsir göstərmədi”.


Könül Nağıyeva Könül Nağıyeva

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir