Tanınmış amerikalı repçi Kanye Uest (Kanye West) bildirib ki, o, ABŞ prezidentliyinə namizədliyini irəli sürməyə hazırdır.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Power 92.3 FM radiostansiyasının verilişinə istinadən Fox News məlumat yayıb.

Uestin sözlərinə görə, o niyyətində ciddidir və 100% namizədliyini irəli sürəcək. Bundan başqa, o, indiki dövlət başçısı Donald Trampı dəstəkləməyə çağırıb.

Qeyd edək ki, rəqibləri tərəfindən tənqid olunmasına baxmayaraq, Uest dəfələrlə Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti Donald Trampı (Donald Trump) dəstəkləyib.

Başqa bir amerikalı məşhur, erməni əsilli porno ulduz Kim Kardaşyanın (Kim Kardashian) əri olan Uest bu gun ABŞ-ın ən varlı musiqiçlərindən sayılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın