Keçmiş ANS-çi Mirşahin Ağayev Yeni Telekanal Açır: Real TV

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayevin yeni telekanal açacağı ilə bağlı xəbərlər var.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı özəl qaynaqlardan əldə etdiyi bilgiyə görə bildir ki, yeni telekanal üçün işçi yığımına başlanıb və bir çox keçmiş ANS-çiyə təklif göndərilib.

Həmçinin vurğulanır ki, kanal bir müddət internet üzərindən yayımlanacaq. Texniki məsələlər həll olunandan sonra isə peyk yayımına başlayacaq.

Artıq telekanalın adı da bilinir. Belə ki, Mirşahin Ağayevin başçılıq edəcəyi kanal “Real TV” adlanacaq. Kanalda ANS-in bir çox tanınmış aparıcıları çalışacaq. “Real TV” xəbəryönümlü kanal olacağı bildirilir.

Qaynaq: Qaynarinfo

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir