Bildiyimiz kimi, geniş yayılmış sosial media platforması olan Twitter-dən dünya ulduzlarının çoxusu aktiv istifadə edir. Tanınmış müğənnilərdən olan Katy Perry də şəbəkədən çox aktiv şəkildə yararlananlar sırasındadır.

YALAN.info xəbərlər saytının verdiyi məlumata görə, Twitter-in məşhuru Katy Perry 90 milyon izləyiciyə çatıb və bu sayda izləyicisi olan ilk Twitter istifadəçisi kimi rekorda imza atıb.

Uzun müddətdir Twitter-in ən çox izlənilən məşhuru olma rekordunu əlində saxlayan dünyaca məşhur amerikalı müğənni aylıq 310 milyon aktiv istifadəçiyə sahib olan Twitter-in haradasa üçdə biri tərəfindən izlənilir. Ötən ilin avqust ayından ilk sırada olan Perry illərdir yalnız 159 nəfəri izləyir.

Qeyd edək ki, Katy Perry-dən sonra ən çox izlənilən müğənnilər isə aşağdakılardır:

  • Justin Bieber (83 milyon izləyici)
  • Taylor Swift (79 milyon izləyici)
  • Barack Obama (75 milyon izləyici)

Katy Perry-nin Twitter hesabı

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın