Karles Puçdemon: Kataloniya Seçkilərin İstənilən Nəticəsini Qəbul Edəcək

“Kataloniya hökuməti Madridlə danışıqlara girmək üçün bütün imkanlardan yararlanmağa çalışdı, ancaq bunun alınmayacağını görüncə, müstəqilliyini elan etmək məcburiyyətində qaldı”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı TASS-a istinadən bildirir ki, bunu İspaniya hökuməti tərəfindən vəzifədən uzaqlaşdırılan Muxtariyyətin keçmiş rəhbəri Karles Puçdemon (Carles Puigdemont) Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Kataloniya müstəqilliyə doğru dinc, zorakılıqdan uzaq hərəkət üzrə fəaliyyət planı qəbul edib.

K.Puçdemon qeyd edib ki, Kataloniya hökuməti 21 dekabr seçkilərinin istənilən nəticəsini qəbul edəcək.

Xatırladaq ki, İspaniyanın Kataloniya Muxtar Əyalətinin hökumət başçısı Karles Puçdemon ölkədən qaçıb. O, Belçikaya sığınıb.

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin müstəqilliklə bağlı qərarını ləğv edib. Məhkəmə qərarının açıqlandığı dəqiqələrdə Brüsseldə olan Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon dialoq başlayarsa, müstəqillik qərarını təxirə sala biləcəklərini bəyan edib.

O, Brüsselə getməsinin səbəblərini də açıqlayıb: “Mən bura legitim rəhbər kimi gəlmişəm. Kataloniya problemini Avropanın qəlbində anlatmaq istədim. İspaniya məhkəməsinin cinayətləri deyil, fikirləri mühakimə etdiyini göstərmək üçün gəldim”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir