Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan: “Bu gün Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının növbədənkənar prezident və parlament seçkiləri keçiriliməsi ilə bağlı təklifini keçirdiyimiz görüşdə geniş araşdlrdlq”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının APA və Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının növbədənkənar prezident və parlament seçkilərinin keçiriliməsi təklifi ilə bağlı görüşdən sonra mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan bildirib.

https://www.youtube.com/watch?time_continue=64&v=G56CkjAiBr8

Türkiyə növbədənkənar prezident və parlament seçkilərinə gedir – ƏRDOĞAN VAXTI AÇIQLADI

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi və keçən il aprelin 16-da parlament üsul-idarəsindən prezident üsul idarəsinə keçidlə bağlı referendumdan danışan Ərdoğan deyib ki, Türkiyə prezidenti və baş nazir arasında fikir ayrılıqları olmaması səbəbindən idərəçilikdə ciddi problemlər qarşıya çıxmır: “Yeni idarəetmə üsuluna keçid zərurətə çevrilib. Dövlət Baxçalının təklifini partiyamızda geniş araşdırdıq və yaxşı qarşıladıq. Seçkinin 24 iyun 2018-ci ildə keçirilməsinə qərar verdik”.

Suriya böhranı və bölgədə güvənliklə bağlı yaranan problemlərin də Türkiyədə qeyri-müəyyənliyin aradan qaldırılmasını zəruri etdiyini bildirən  R. T. Ərdoğan bu seçkinin xalq və dövlət üçün xeyirli olmasını arzulayıb.

Ərdoğan ali seçki qurumunun dərhal seçki hazırlıqlarına başlayacağını da bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın