İtaliya brendi ayaqqabı kolleksiyasını Zaha Hadidə həsr etdi

İtaliyanın premium brendi “Premiata” ayaqqabı kapsul kolleksiyası ərsəyə gətirib və onu memar Zaha Hadidə həsr edib. Report xəbər verir ki, yeni kolleksiyanın işlənib hazırlanması zamanı memarın əsas fəaliyyət istiqaməti olan dekonstruktivizm ideyalarından istifadə olunub. Əsas diqqət isə ayaqqabıların qeyri-adi formasına ayrılıb.

Premiata yeni ayaqqabı kolleksiyasını Zara Hadidə həsr etdi
Premiata yeni ayaqqabı kolleksiyasını Zara Hadidə həsr etdi

Qeyd edək ki, Zaha Hadid İraq əsilli britaniyalı dizaynerdir. O, memarlıq sahəsində ən nüfuzlu mükafat olan Pritsker mükafatını alan (2004-cü ildə) ilk qadın kimi tarixə düşüb.

O, Romadakı XXI əsr Milli İncəsənət Muzeyi, Londondakı “Serpentine Sackler Gallery” və Olimpiada-2012 üçün tikilmiş Su İdman Növləri Mərkəzi, Quançjoudakı Opera Evi, Sinsinnatidəki Rozental Müasir İncəsənət Mərkəzi, Bakıdakı Heydər Əliyev Mərkəzi kimi bir sıra layihələrin müəllifi və dizayneridir.

Z.Hadid 31 mart 2016-cı ildə Mayamidə xəstəxanalardan birində bronxit xəstəliyindən müalicə alan zamanı ürək tutmasından vəfat edib.

Zara Hadid – layihələrdə keçmiş bir ömür

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir