Azərbaycan Müdafiə Nazirliyinin İsrailin Plasan şirkətindən aldığı “Sand Cat” (Qum Pişiyi) zirehli avtomobillərin təqdim edib. Bu gün prezident İlham Əliyev ordunun silahlanmasına yeni daxil olmuş zirehli maşınlarla tanış olub. Fotolardan göründüyü qədər Azərbaycan Silahlı Qüvvələri bu maşının ən azı 4 modifikasiyasını alıb. Bunların arasında uzaq məsafədən nəzarət və izləmə imkanına malik elektro-optik sistemlərlə təchiz edilmiş nümunə diqqəti cəlb edir.

Maşınlar “Rafael” şirkətinin istehsalı olan 12.7 mm çaplı NEVT pulemyotu ilə silahlandırılmış “Mini Samson” döyüş modulu ilə komplektləşdirilib. Başqa bir maşında isə “Rafael”in üzərində iki ədəd “Spike LR” tipli tank əleyhinə idarə olunan raket buraxıcı qurğusu yerləşdirilmiş yeni “Samson MLS” döyüş modulu qurulub.

“Samson MLS” modulunun üzərində hədəfi hər cür hava şəraitində izləməyə imkan verən optik sistemlər və lazer

İsrail istehsalı olan yüngül zirehli Plasan Sand Cat maşınları 4×4 təkər formuluna malikdir. Azərbaycana satılan “Sand Cat”lar standart maşınlardan mina partlayışlarına qarşı qoruması ilə seçilir.


İsrail İstehsalı Plasan Sand Cat zirehli maşınları

ANS PRESS-in “AzeriDefence”ə istinadla verdiyi məlumata görə, “Sand Cat” maşınları postsovet ölkələrindən Qazaxıstan və Türkmənistanın istifadəsində yer alır.

İsrail İstehsalı plasan Plasan Sand Cat zirehli maşınları Azərbaycan Ordusunda
İsrail İstehsalı plasan Plasan Sand Cat zirehli maşınları Azərbaycan Ordusunda
İsrail İstehsalı plasan Plasan Sand Cat zirehli maşınları Azərbaycan Ordusunda
İsrail İstehsalı plasan Plasan Sand Cat zirehli maşınları Azərbaycan OrdusundaPrezident İlham Əliyev Azərbaycan Ordusu Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın