İspaniyanın Real Madrid klubu Çempionlar Liqasınının finalında Liverpulu uddu

Liverpulu üstələməyi bacaran İspaniyanın Real Madrid klubu tarixində 13-cü dəfə futbol üzrə Çempionlar Liqasının qalibi olub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, “kral klubu” Avropanın ən böyük klub turnirində ardıcıl üçüncü uğurunu finalda İngiltərə “Liverpul”u üzərində 3-1 hesablı qələbə ilə əldə edib.

Ukraynanın paytaxtı Kiyevdəki “Olimpiyski” stadionunda keçirilmiş qarşılaşmanın ilk yarısında qol vurulmayıb. Əvəzində tərəflər hərəyə bir itki ilə üzləşiblər. 31-ci dəqiqədə “Liverpul”un ən məhsuldar oyunçusu Məhəmməd Salah “Real Madrid”in kapitanı Serxio Ramosun müdaxiləsindən sonra çiynindən xəsarət alıb. Nəticədə o, yerini Adam Lallanaya verməli olub. 37-ci dəqiqədə isə Dani Karvaxal zədələnib və onun yerinə Naço meydana girib.

İkinci yarıda isə qollar vurulmağa başlayıb. 51-ci dəqiqədə İngiltərə komandasının qapıçısı Loris Karius topu oyunçuya atmaq istərkən, əlindən yerə salıb. Bu zaman yaxınlıqda olan “kral klubu”nun hücumçusu Kərim Benzema topa dəqiq vuruşu ilə hesabı açıb. Lakin bundan 4 dəqiqə sonra Sadio Mane bərabərlik qolunu vura bilib.

61-ci dəqiqədə Zinəddin Zidanın etdiyi əvəzləmə isə oyunda həlledici olub. İskonun əvəzinə meydana girən Qaret Beyl dubl edib. O, 64-cü dəqiqədə topu başı üzərindən fantastik vuruşla tora göndərib. 83-cü dəqiqədə isə Beylin uzaqdan vurduğu zərbədən sonra Karius topu əlindən buraxıb.

Beləliklə, Real Madrid klubu 3-1 hesablı qələbə sayəsində Çempionlar Liqasının ən güclüsü olduğunu bir daha sübut edib. Digər tərəfdən, tarixdə ilk dəfə həm Çempionlar Liqası, həm də Avropa Liqasının qalibi eyni şəhərin iki komandası olub. Daha öncə Madrid “Atletiko”su finalda Fransa “Marsel”ini 3-0 hesabı ilə yenərək, Avroliqanın baş mükafatına sahib çıxıb.

Çempionlar Liqası 2017/2018 – Final

22:45. “Real Madrid” (İspaniya) – “Liverpul” (İngiltərə) – 3:1

Qollar: Kərim Benzema, 51. Qaret Beyl, 64; 83 – Sadio Mane, 55

Baş hakim: Milorad Majiç (Serbiya)

Kiyev. “Olimpiyksi” stadionu.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir