Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2015-2016 mövsümünə yekun vuruldu. Avropa qitəsinin ən nüfuzlu klub turnirinin qalibi İspaniyanın kral klubu Real Madrid oldu.

Həlledici oyunda İspaniyanın paytaxtı Madrid şəhərinin iki komandası – Real MadridAtletiko Madrid üz-üzə gəldi.

San-Siroda keçirilən Madrid derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayıb. İspaniya La Liqasında mövsümü ikinci və üçüncü yerlərdə başa vuran bu komandaların oyunu maraqla gözlənildi. Sonuncu dəfə iki il əvvəl Çempionlar Liqasının qalibi olan Real finalda məhz Atletikoya qalib gəlmişdi. Buna görə də Dieqo Simeonenin komandasının həm də revanş oyununa çıxdığını demək olardı.

Atletikonun fransalı hücümçüsu Antonie Qriezmann 47-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib. Onun vurduğu top qapı dirəyinə tuş gəlib. Bununla ilk bərabərlik şansını əldən qaşırmasına baxmayaraq Atletiko 79-cu dəqiqədə arzusuna çatıb. Karrasko komandasının bərabərlik qoluna imza atdı və əlavə olunmuş dəqiqələrdə də hesab dəyişmədi.

Çempionlar Liqasında Real Madrid və Atletiko Madird qarşılaşmasında 120-ci dəqiqə başa çatsa da qalib müəyyən edilmədi. Finalda nəticə penal zərbələrindən sonra müəyyəndi. 11-metrlik məsafədən vurulan zərbələrlə Real Atletikoya 5-3 hesabı ilə qalib gələrək 2015-2016-cı il UEFA Çempionlar Liqasının qalibi oldu.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın