İspaniyalı gözəl Mireya Lalaquna Royo Miss World 2015 seçildi

İspaniyalı Mireya Lalaquna Royo Çinin Haynan adasında Sanya kurortunda keçirilən “Miss World 2015” müsabiqəsində qalib gəldi.

Rusiyalı Sofiya Nikitçuk ikinci, İndoneziyanı təmsil edən Mariya Harfanti isə üçüncü yeri tutublar.

Müsabiqədə iştirak edən modellərin hər biri bir sıra yerli və regional yarışmaların qalibləri olmaqla ölkələrini təmsil etmək hüququnu qazanmışlar. Gözəlçə Mireya Lalaquna Royonun Miss World 2015 titulu isə İspaniyanın ilk uğuru kimi göstərilir.

Barselonadan olan 23 yaşlı model Lalaqunanın əczaçılıq üzrə təhsil aldığı və bundan sonra düzgün qidalanma üzrə magistr dərəcəsi almağı planlaşdırdığı deyilir. O, top model yarışmasında qalib gəlmiş və öz gözəl nitqi ilə hakimlərdə xoş təəssüratlar yaratmışdı.

Miss Kanada Anastasiya Lin isə yarışmaya qatıla bilməmişdi. Çin doğumlu Kanada gözəli hələ keçən ay Honq Konqdan Sanyaya gələlə bilməmişdi. Belə ki, Cin hökumətinə qarşı etdiyi tənqidçi çıxışlarına görə ona bu ölkəyə gəlməsi üçün viza verilməmişdi. Linin sözlərinə görə Kanada gözəli titulu qazandıqdan sonra Çinin təhlükəsizlik agentliklərindən onun hələ də Çində yaşayan atasını ziyarət etmiş, danışmaması üçün açıq şəkildə qorxutmağa çalışmışdılar.

Hələlik nə rəsmi Pekin, nə də mərkəzi Londonda yerləşən Miss World Qurumu bu mübahisəylə bağlı açıqlama verməyib.

Çin 2003-ci ildən başlayaraq yeddi dəfə Miss World müsabiqəsinə ev sahibliyi etmiş və bu ölkənin çalışmaları ilə layihə daha müasir görkəm almışdır.

Dünyada ilk “Miss World” yarışması isə 64 il əvvəl Böyük Britaniyada keçirilmişdi.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir