İspaniyada bir gündə 500-dən çox insan koronavirusdan öldü

İspaniyada bir gündə 500-dən çox insan koronavirus (CODID-19) infeksiyasından ölüb.

RT ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, İspaniyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 40 minə yaxınlaşıb.

Martın 24-nə olan bilgilərə görə, 39,673 xəstədə koronavirus aşkar edilib.

Sondakika.com xəbər verir ki, İspaniya Müdafiə naziri Marqarita Robles “əsgərlər kömək üçün küçələrə çıxırlar. Bəzi evlərdə yaşlıları yataqlarında ölü tapırlar” deyib.

O, ölkədəki yaşlı insanların qorxudan çölə çıxmadıqlarını, evlərində çarəsiz vəziyyətdə ölümlərini gözlədiklərini bildirib.

İspaniyada infeksiyadan ən çox təsirlənən bölgələrdən biri olan Madrid şəhərində dəfn proseslərinin dayandırılması səbəbindən virusdan ölən insanların meyitlərinin morq əvəzinə qış idman oyunları sarayında saxlanacağı qeyd edilir.

Virus yayılmağa başlayandan İspaniyada 2696 nəfər ölüb, onlardan 514 nəfəri son 24 saatda həyatlarını itirib.

2 600 xəstənin durumu ağır olaraq dəyərləndirilir, 3 800 nəfər isə xəstəlikdən sağalıb.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir