İspaniyanın Palme-de-Mayorka şəhərində keçirilən FIDE Qran Prisinin son mərhələsində Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov İddiaçılar Turnirinə çıxa bilmək üçün şanslarını qoruyur. Hər şey bu gün keçiriləcək sonuncu, 9-cu turda həll olunacaq.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, şahmatçımız 2 ardıcıl qələbədən sonra turnir cədvəlində liderlərə qoşulub. Berlində keçiriləcək İddiaçılar Turnirində Şəhriyar Məmmədyarova qoşulması üçün Teymura son turda qələbə lazımdır.
Palme-de-Mayorka | 8-ci Turun Nəticələri
Soyad, Ad | Reytinq | Xallar | Nəticə | Xallar | Soyad, Ad | Reytinq | |||
GM | Aronian Levon | 2801 | 4½ | ½ – ½ | 4 | GM | Tomashevsky Evgeny | 2702 | |
GM | Nakamura Hikaru | 2780 | 4 | ½ – ½ | 4 | GM | Harikrishna P. | 2738 | |
GM | Svidler Peter | 2763 | 4 | ½ – ½ | 4 | GM | Ding Liren | 2774 | |
GM | Rapport Richard | 2692 | 4 | ½ – ½ | 4 | GM | Jakovenko Dmitry | 2721 | |
GM | Inarkiev Ernesto | 2683 | 3½ | ½ – ½ | 4 | GM | Vachier-Lagrave Maxime | 2796 | |
GM | Vallejo Pons Francisco | 2705 | 3 | ½ – ½ | 3½ | GM | Eljanov Pavel | 2707 | |
GM | Li Chao B | 2741 | 2½ | 1 – 0 | 3½ | GM | Giri Anish | 2762 | |
GM | Gelfand Boris | 2719 | 2½ | 0 – 1 | 3½ | GM | Radjabov Teimour | 2741 | |
GM | Hammer Jon Ludvig | 2629 | 2 | ½ – ½ | 2½ | GM | Riazantsev Alexander | 2651 |
Palme-de-Mayorka | 8-ci Turdan Sonra Turnir Cədvəli
Yer | SN | Soyad, Ad | Reytinq | Xal | O/Rtq | rtq+/- | ||
1 | 1 | GM | Aronian Levon | 2801 | 5,0 | 2832 | 2,9 | |
2 | 2 | GM | Vachier-Lagrave Maxime | 2796 | 4,5 | 2787 | -0,8 | |
3 | GM | Nakamura Hikaru | 2780 | 4,5 | 2786 | 0,9 | ||
4 | GM | Ding Liren | 2774 | 4,5 | 2775 | 0,3 | ||
5 | GM | Svidler Peter | 2763 | 4,5 | 2782 | 2,4 | ||
8 | GM | Radjabov Teimour | 2741 | 4,5 | 2768 | 3,3 | ||
9 | GM | Harikrishna P. | 2738 | 4,5 | 2763 | 2,9 | ||
10 | GM | Jakovenko Dmitry | 2721 | 4,5 | 2780 | 6,7 | ||
14 | GM | Tomashevsky Evgeny | 2702 | 4,5 | 2788 | 9,8 | ||
15 | GM | Rapport Richard | 2692 | 4,5 | 2759 | 7,6 | ||
11 | 12 | GM | Eljanov Pavel | 2707 | 4,0 | 2725 | 2,0 | |
16 | GM | Inarkiev Ernesto | 2683 | 4,0 | 2748 | 7,0 | ||
13 | 6 | GM | Giri Anish | 2762 | 3,5 | 2697 | -7,5 | |
7 | GM | Li Chao B | 2741 | 3,5 | 2662 | -9,0 | ||
13 | GM | Vallejo Pons Francisco | 2705 | 3,5 | 2674 | -3,6 | ||
16 | 17 | GM | Riazantsev Alexander | 2651 | 3,0 | 2631 | -2,7 | |
17 | 11 | GM | Gelfand Boris | 2719 | 2,5 | 2564 | -16,5 | |
18 | GM | Hammer Jon Ludvig | 2629 | 2,5 | 2574 | -5,7 |
Son turdakı qarşılaşmalar: Nakamura – Aronian; Vachier-Lagrave – Jakovenko; Tomashevsky – Ding; Harikrishna – Svidler; Radjabov – Rapport; Eljanov – Gelfand; Hammer – Inarkiev; Giri – Vallejo; Riazantsev – Li.
Palme-de-Mayorka şəhərində keçirilən FIDE Qran Prisi noyarbrın 16-25-də (sadəcə bir gün, 21 noyabr – istirahət) İberostar Kristina otelində keçirilir. İsveç sistemi ilə keçirilən turnirdə 18 qrossmeyster 9 turda yarışırlar. Mükafat fondu 130,000 Avrodur (€), haradasa – 152,892 ABŞ dolları ($).
Hər oyuna ilk 40 gediş üçün 100 dəqiqə , sonrakı 20 gediş üçün 50 dəqiqə verilir. Əgər oyun uzanarsa qalan gedişlər toplam 15 dəqiqə və ilk gedişdən başlayaraq hər gedişə əlavə 30 saniyə vaxt verilir.