İşləyən Analara Uşaq Böyütməkdə 9 Önəmli Məsləhət

Uşaqlar sevirlər ki, ata-ana bütün vaxtlarını onlara ayırsın. Müəyyən dövrdən sonra isə ananın işləməsi uşaqlar tərəfindən o qədər də xoş qarşılanmadığını görürük. Eyni zamanda uğurlu iş karyerası qurmaq və ana olaraq da uşağın düzgün inkişafına nəzarət etmək, onun təlim-tərbiyəsi ilə məşğul olmaq o qədər də asan deyil. Hər iki işi uğurla həyata keçirmək üçün necə davranmalı olduğunuzu bilirsinizmi?

0-3 yaş arası dövrdə uşağın anaya daha çox ehtiyacı olur. Bu dövrdə ananın övladı ilə daha çox vaxt keçirməsinin, onların fiziki və psixoloji ehtiyaclarının qarşılanmasının önəmli olduğunu və bu yaş dövründə emosional sferanın inkişafı baxımından övladın ana tərəfindən daha çox diqqətdə saxlanmalı olduğunu nəzərə alaraq bu yaş dövrü üçün ananın övladına daha çox vaxt ayırması məqsədəuyğun hesab olunur.

Ananın işləməsi, ya da işləməməsi deyil, uşağa ayrılan zamanın keyfiyyətli olması daha önəmlidir. Bu ananın övladına qarşı münasibətindən, qayğısından asılı olan bir məqamdır.

Əgər ana çalışırsa və vaxtının müəyyən bir hissəsini işdə, qalan qismini isə ailədə keçirirsə bu zaman uşaqlarda hansı davranışları müşahidə etmək olar? Sizin iş həyatınızın övladınızın davranış və rəftarına, sizinlə münasibətlərinə mənfi təsir etməməsi üçün necə yanaşmalısınız?

Əgər siz çalışan anasınızsa, övladınız müəyyən davranışları ilə sizin diqqətinizi çəkməyə çalışacaq. Müşahidə olunan davranışlar:

  • Aqressivlik
  • Sevmədiyiniz bir işi irad tutmağınıza baxmayaraq yenidən etməsi
  • Siz işə gedərkən ağlaması
  • Siz evə gələrkən ağlaması
  • Yemək yemə zamanı kaprizləri
  • Qısqanclığı və başqa bu kimi davranışlar ola bilər.

Uşağınızın bu kimi davranışlardan uzaq olmasını istəyirsinizsə, bu zaman uşağınızla münasibətlərinizdə nəzərə almalı olduğunuz məqamları unutmamalısınız.

Uşaqböyütmək işinizə yarayacaq önəmli 9 məsləhəti diqqətinizə çatdırırıq:

1-ci məsləhət: İşləməyinizlə bağlı səbəbi övladınızın yaş və özəl xüsusiyyətlərini nəzərə alaraq ona başa salın.

2-ci məsləhət: İşdə olduğunuz zaman da onunla maraqlandığınızı, nə yediyi, necə oynadıqları ilə bağlı məlumat aldığınızı övladınıza hiss etdirin.

3-cü məsləhət: İşiniz bitdikdən sonra evə gələcəyinizi, onunla birlikdə xoş vaxt keçirəcəyinizi, oyunlar oynayacağınızı ona bildirin.

4-cü məsləhət: İşdən sonra uşağınızla birlikdə keçirdiyiniz zamanın keyfiyyətliliyinə önəm verin.

5-ci məsləhət: Suallar verin. Siz işdə olarkən nə işlərlə məşğul olduğu, nə yeniliklər öyrəndiyi, hansı oyunlar oynadığını və b. nə ilə bağlı məlumatları ondan soruşmağınız uşağınıza xoş təsir bağışlayacağını düşünün.

6-cı məsləhət: Diqqətinizin onda olduğunu hiss etdirin. Danışdıqlarına qulaq asırmış kimi göstərib diqqətinizin başqa nədəsə olması övladınız üçün xoş olmaz.

7-ci məsləhət: Bir qədər yorğunluğunuz çıxdıqdan sonra birlikdə oyunlar oynayın.

8-ci məsləhət: Yuxu zamanında nağıl danışın.

9-cu məsləhət: Həftəsonlarını gəzintilər təşkil edərək zamanınızı onunla birlikdə keçirin.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir