İranlı Modelyer Tala Raassi: Burkinidən Çimərlik Geyiminə

15 yaşında olarkən yoldaşlarından birinin evində yığıncaqda qısa ətəkdə olduğu üçün 40 qamçı və 5 gün həbslə cəzalandırılan 35 yaşlı iranlı modelyer Tala Raassi yeni addımı ilə ölkə gündəminə düşüb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, 20 il öncə İran İslam Respublikasında yaşadığı pis günləri unutmayan gənc qadın ABŞ-a köçərək orada arzularını gerçəkləşdirib. Belə ki, o, “Dar Be Dar” adını verdiyi çimərlik kolleksiyası ilə ABŞ moda aləmində məşhurlaşıb.

“Müsəlman bir qadın olaraq çimərlik paltarı kolleksiyası hazırladığım üçün məni bir çox qalmaqallara ortaq etmək istədilər və insanlar düşünmədən məni tənqid etməyə başladılar. Mənə deyirlər ki, hansı cəsarətlə belə bir şey etmisən? O insanlar bilsin ki, mən çimərlik geyimləri hazırlayıram, çünki bu işi sevirəm və moda dünyasında bu sahədə formalaşmaq istəyirəm.

Azadlıq nə geyim, nə də hər hansı bir hərəkətlə deyil, həyatda nə etmək istədiyinlə bağlı seçimini etməkdir. Bir qadın çimərlik paltarı və ya burkini geyinsə, fərq etməz. Bu, sizin öz seçiminizdir və seçiminiz sizə güc verir”, – deyə T. Raassi “Mail Online”a verdiyi reportajda bildirib.

Qeyd edək ki, Tala Raassi 2010-cu ildə “Miss Universe” Gözəllik Yarışmasının sponsoru olub və ABŞ-da böyük satış uğuru əldə edib. 2012-ci ildə “Newsweek” tərəfindən Hillari Klintonla “Dünyanın ən qorxusuz qadını” seçilib. Onun eyni ildə “Fashion is Freedom” (“Moda Azadlıqdır”) adlı kitabı dərc olunub.


You’ve Got Tala Raassi

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir