“ABŞ İslam və İrana qarşı mübarizə aparır”. Bunu İran İslam Respublikasının ali lideri Ayətullah Əli Xamenei Tehranda müsəlman ölkələrin səfirləri, yüksək vəzifəli məmurlar və adi vətəndaşlarla görüşündə deyib.

“Bu gün Amerikanın siyasəti aşkar sürətdə İslam və İranla mübarizə aparmaqdan ibarətdir. ABŞ liderləri hesab edirlər ki, İran onların siyasətinə əngəl yaradır”, – deyə Xamenei qeyd edib.

İranın ali lideri Vaşinqtonu İslam və İrana qarşı dağıdıcı siyasət apardığına görə sərt tənqid edib: “Amerikalılar bu günlərdə bəyan etdilər ki, İranın siyasəti bölgədə sanksiyaların tətbiqinə və vəziyyətin gərginləşməsinə səbəb olub. Onlar demək istəyirlər ki, siz, iranlılar, sayıq və məlumatlı xalqsız, siz geri çəkilməlisiniz və bizə işimizi görməyə imkan verməlisiniz. Bu gün İslam adı altında iyrənc cinayətlər törədən satqın qruplaşmalar məhz qərb dövlətləri tərəfindən dəstəklənir”, – deyə İran İslam Respublikasının ali lideri vurğulayıb.

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, Xamenei əlavə edib: “Qərb ölkələri guya İŞİD-ə qarşı koalisiya yaradıblar, lakin, əslində, onlar bu qruplaşmanı dəstəkləyirlər”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın