İranlı milyarder Babək Zəncani korrupsiya ittihamlarına görə ölüm cəzasına məhkum edilib. ANS PRESS-in məlumatına görə, bu barədə İranın dövlət telekanalı ədliyyə rəsmilərinə istinadən xəbər verir. Babək Zəncani 2,8 milyard dollarlıq dələduzluq və iqtisadi cinayətlərdə təqsirli bilinib. İranlı iş adamı özü bu ittihamları rədd edir.

Zəncani ilə yanaşı, daha 2 nəfər də edam cəzasına məhkum edilib. Onlar həmçinin mənimsədikləri vəsaiti geri qaytarmalıdırlar. Zəncani BƏƏ, Türkiyə və Malayziyada şirkətlər açıb hökumətin adından milyonlarla barrel İran neftini satmaqda ittiham olunaraq 2013-cü ilin dekabr ayında həbs olunmuşdu.

İranın ən zəngin şəxslərindən biri olan Babək Zəncani İslam Respublikası üçün qanunsuz neft sazişləri hazırlamağa kömək etməkdə ittiham edilərək, ABŞ və Avropa Birliyinin qara siyahısında olub.

Babək Zəncaninin varidatının təxminən 13,5 milyard dollar olduğu bildirilir.

Ölüm hökmü şəriət qanunlarına uyğun olaraq 1979-cu ildə İran İslam Respublikasının yaranmasından sonra qüvvəyə minib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın