Interbrand: 2016-da Dünyanın 100 Ən Yaxşı Brendi Reytinq Sıralaması

“Interbrand Corp.” konsaltinq agentliyi dünyanın ən yaxşı brendlərinin reytinqini yayımlayıb. Agentliyin hazırladığı reytinq sıralamasında birincilik dəyəri il ərzində 179,1 mlrd. dollardək artan “Apple” şirkətinə verilib. İkinci “Google” (11% – 133,3 mlrd. dollaradək bahalaşıb) seçilib. Liderlərin üçlüyünü 13 il siyahının birincisi olan “Coca-Cola” tamamlayıb (- 7%, 73,1 mlrd. dollar). Bununla belə, hər il reytinqin üçlüyünə eyni brendlər düşə bilir: Apple, GoogleCoca-Cola. Dəyişən sadəcə onların sıralanması olur.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, reytinqin ilk onluğuna yüksək texnologiyalar sektorundan 6 marka, o cümlədən “Microsoft” (4-cü yer, dəyəri – 72,8 mlrd. dollar, “IBM” (6-cı yer, 52,5 mlrd.dollar), “Samsung” (7-ci yer, 51,8 mlrd. dollar) və “Amazon” (8-ci yer, 50,3 mlrd. dollar) brendi də yer alıb. Eyni zamanda, onluqda “Toyota” (5-ci) və “Mercedes” (9-cu) kimi avtomobil brendləri, habelə “General Electric” (10-cu) də qərarlaşıb.

Reytinqdə ən sürətli dəyər toplayan brend “Facebook” (+ 48%, 32,6 mlrd.) hesab edilir. O, 15-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, 100 aparıcı dünya brendinin ümumi dəyəri 2015-ci ildə ötən il ilə qarşılaşdırdıqda 4,7% artaraq, 1,796 trl. dollar təşkil edib. Brendlərin dəyəri hesablanarkən şirkətlərin maliyyə nəticələri, onların istehlakçıların alış-verişi barədə qərarlarına təsiri və gəlirləri təmin etmək qabiliyyəti nəzərə alınır.

Interbrand agentliyinin hazırladığı reytinq cədvəli ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://interbrand.com/best-brands/best-global-brands/2016/ranking/

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir