Instagram TV Yeni YouTube Ola Bilərmi?

Keçən günlərdə media və texnologiya sahəsində gerçəkləşən ən önəmli olaylardan biri Instagramın yepyeni uyğulaması IGTV oldu. Instagram TV. Bu olay nə üçün önəmlidir? Çünki Instagrama qoşulan özəlliklər əsasən uğurlu olur. Instagram daha öncə Snapchatın tapıntısı olan 15 saniyəlik qısa video hekayələrini (ç)alıb öz uyğulamasının içərisinə çox gözəl oturtmağı bacarmışdı. Görünən bu ki, o özəllik bu anda Snapchatdan daha çox işlədilir. Dolayısıyla Instagram, Snapchatın taxtını salladı deyə bilərikmi? Sallamaq nə söz, yıxdı yıxdı… O zaman, indi gətirdiyi yeni özəlliyi kimə baxaraq etdi? Bir düşünək. IGTV ilə uzun videolar çəkib izləyə bilərik. Bu anda YouTube-da etdiyimiz kimi. Bu durumda daha önce Snapchatın yerinə keçməyi bacaran Instagram yaxında YouTube-u da yerindən edərmi?

Qısa cavab, “çox çətin.” Uzun cavab, “imkansız deyə bir şey yoxdur.”

Instagram TV açıldıqdan bir neçə saat sonra mən də yoxlamaq üçün kanalımı açıb ilk videomu yüklədim. Başlangıçda məni ən çox rahatsız edən şey videoların dikinə çəkilmək məcburiyyətinin olması oldu. Gerçəkdə belə bir çətinlik yoxdur, klassik geniş formatda video çəkib onu da yükləyə bilərsiniz. İzləyənlər də elə bir videoyla qarşılaşdıqlarında bir zəhmət telefonlarını yana çevirərək izləyə bilərlər. Ancaq uyğulamanın interfeys dizaynı sizi dikinə video çəkməyə və izləməyə zorlayır. Beyin qarışdıran başqa bir yanı da Instagramdan bağlılıqsız bir IGTV uyğulaması var. Onu endirib telefonunuza qura bilərsiniz. Ancaq eyni zamanda Instagramın içindən də keçid edə bilərsiniz. Hər durumda qarşınıza bol-bol dikinə videolar çıkır. Bəs nə üçün dikinə video məni bu qədər rahatsız edir? Çünki hər nə qədər uyğulamanın interfeysi buna görə dizayn edilmiş olsa da insanın duyma dizaynı dikinə deyil. İki gözümüz var və düşündünüzsə, bunlar üst-üstə deyil, yan-yana durur. Dolayısıyla biz dünyanı yastı olaraq duymağı öyrəndik. Elə ona görə də qızıl nisbəti deyə bir şey var və kinoteatr pərdəsindən TV ekranlarına qədər çox yerdə bu nisbətə görə dizayn edilmiş bir pəncərədən içindəkiləri izləyirik. IGTV bu dördbucaqları alır və yana çevirir. Qızıl nisbət pozulmur, ancaq öyrəşdiyimiz estetik duyğular bir az sarsılır.

Yadınızdadırsa daha öncə Instagram loqosunu dəyişdirəndə də bir az sarsılmışdıq. İndi nə oldu? Keçmiş loqo nə qədər də dəbsiz görünür, elə deyilmi?

Dediyim kimi dikinə video formatı başlanğıcda məni rahatsız etdi. Ancaq texnologiya, dizayn və özəlliklə sənət dünyasından öyrəndiyim ən önəmli şeylərdən biri bəzi yeniliklərin insanı rahatsız edə biləcəyidir. Elə yaradıcılıq da bu deyilmi? Təcrübəlilik, risk almaq, qaydaları dağıtmaq, bunlarla uğraşarkən bəzən səhvlər də etmək və bütün bu təcrübələrdən bir şeylər öyrənmək. Yəni bu rahatsız edici duyğudan öz lehimizə yararlana bilərik. Carl Jung-un dediyi kimi: “Başqalarında bizi rahatsız edən hər şey, özümüzü tanımağımızı sağlayır.”

Elə buna görə dikinə videolar məsələsindəki bütün ön görüşlərimi bir qırağa buraxıb daha bir təcrübə apardım. YouTube kanalımda daha öncə yayınladığım bir videonu qısaldıb dikinə formata uyğunlaşdırdım və IGTV kanalımdan yayınladım. Sonra da sizlərdən gələn rəyləri oxumağa başladım. Bu ilk çalışma çox önəmlidir, çünki texnologiya sayəsində hər an birlikdə yeni içərilik formatlarını yoxlaya bilirik. Misal üçün, bu videoya yazılan rəylərdən birində Mücahid demişdi ki, “Məncə çox gözəl durur, ancaq sanki burada yayınlanması gərəkənlər bunlar deyil.” Bir başqa izləyicim Selinay da bu görüşü tamamlayır: “Başqaları kimi bu içərilik yetərincə gözəldir. Bunu YouTube-da izləsəm sonuna qədər izlərdim. Ancaq burada 3 dəqiqənin üzərində belə içərilikdə bir video izləmək bir az yorucu gəlir.” Görəsən nə üçün? Bunlardan başqa 1000-dən çox rəy gəldi bu videoya. Və ortaya başlıca olaraq bir görüş çıxmağa başladı. Bu cür şeylərə çox önəm verirəm. Buna “wisdom of crowds” deyilir: “qalışıqlıqların bilgililiyi.” 2004-cü ildə yazılmış bir kitabda ortaya atılan bir görüş budur. Əgər yenilikci olmaq və özəlliklə texnologiya sahəsində yeniliklər etmək istəyirsizsə, “widom of crowds”, ya da “crowdsourcing” kimi anlayışlar üzərində bir az baş yormaqda fayda var. Kütlələrin gücündən bir qaldırıcı olaraq yararlana bilərsiniz. Bir ara bu məsələylə də bağlı bir video çəkməim lazımdır, ancaq indi məsələmizə qayıdaq.

Sonuc olaraq bu rəylərdən və öz təcrübələrimdən yola çıxaraq Instagram TV-nin YouTube-un yerinə keçə bilməyəcəyini, ancaq onun boş buraxdığı bəzi sahələri dolduracağını söyləyə bilərəm. Həm də necə keçsin ki? YouTube sadəcə bir video platforması deyil, dünyanın ən çox işlədilən ikinci axtarış motorudur. Başqa yandan Instagramın gözü ilə baxdığımızda axtarış kimi rəqibinin iddialı olduğu bir sahədə onunla rəqabət etmək yerinə başqa bir məsələdə fərqliləşməyi üstün tutmaq çox ağıllı bir hərəkətdir. Yəni istifadəçiləri yatstı deyil, dikinə videoya zorlamaq çox strategiyadır. Bununla hər şeydən öncə mənim də etdiyim kimi başqa bir platforma üçün öncədən hazırlanmış videoların buraya yüklənməsinin önünə psixoloji bir əngəl qoyur. Sətir arasından deyir ki, mənim üçün özəl videolar çəkməlisən. Bunu unutmayın! Hər platforma özünə xas və özəl içəriliklər yaradılmasını təşviq edir. Əgər yenilikçilik istəyiniz varsa, insanların ehtiyacını fərqli bir şəkildə qarşılamağa çalışın.

O biri yandan Instagram ilk qurulduğu gündən bura sizi mobil işlətməyə zorlayan bir platformadır. Hətta texnologiya dünyasına “mobile first – öncə mobil” anlayışını soxdu. İlk ortaya çıxdığında sadəcə cib telefonu uyğulamasıydı. İçəriliklər, yəni fotolar sadəcə cib telefonuyla çəkilib yenə cib telefonundan görülə bilərdi. Onun web sayt versiyası çox sonralar açıldı və hələ bu web saytında bir çox özəlliyi rahat-rahat işlədə bilmirsiniz. Foto belə yükləyə bilmirsiz. Yəni yenə sətir arasında deyir ki, məni cip telefonundan işlət.

Beləcə TV özəlliyində də qurulmağa çalışılan bu strategiyanın “mobile first” strategiyasının davamıdır. Sizi cib telefonunuzu işlədərək videolu içərilik yaratmağa və bu şəkildə baxmağa zorlayır. Əslində bu dəfə zorlama sözü bir az zorlama oldu. Çünkü istifadəçi alışqanlıqları zatən bu yöndə oturmuş durumda. Daha öncə bir neçə videomda sizdən mənə video çəkib göndərməyinizi istəmişdim. İlk istədiyim zamanlarda telefonunuzu yana çevirərək çəkin deməyimə baxmayaraq çoxunuz dikinə video çəkib göndərdiniz. Keçən həftə yayınladığım son videoda da bənzər bir çalışma apardıq. Bu dəfə gələn videoların 85 %-i dikinəydi. Belə bir alışqanlıq qazanıldısa, belə bir axın yarandısa buna qarşı kürək çəkməyin bir anlamı yoxdur. Tam tərsinə axının gücünü işlədib necə daha yaxşı içəriklər yaratmaq olar sualına cavab axtarmaq gərəkdir.

Gəlin bu sualın cavabını birlikdə axtaraq. Əgər hələ izləmədinizsə, Instagram hesabımı izləyin. Beləcə Instagram TV-də aparacağım yeni təcrübələrə rəylərinizlə siz də qatqı sağlayın. Bu rəyləri əlbəttə bu videonun altına da qoya bilərsiniz. Ya da bəzən mənim keçən həftə etdiyimə bənzər “crowdsourcing” videolarıma içərilik göndərmək istəyə bilərsiniz, bunları başlıca olaraq Instagram Story-dən sadəcə 24 saatlıq bir videoyla duyururam. Ancaq sizdən tək istəyim sadəcə məni izləməyiniz deyil. Sizlərin də artıq içərilik yaratmağa başlamağınızdır. Bəlkə YouTube kanalı açmaq üçün gərəkli qurğularınız yoxdur, ancaq IGTV üçün bu tələblər çox daha aşağıdır. Telefonunuz və bir Instagram hesabınız – təbii ki, bir də parlaq fikirləriniz varsa tez bir kanal da siz yarada bilərsiniz. Sonra da bu yeni və dikinə dünyada keyfiyyətli, əyləncəli və anlamlı videolar yaratma işində birlikdə çalışmalar apara bilərik. Başlanğıcda bizi rahatsız belə etsə bəzi şeylərin zamanla dəyişəbiləcəyini birlikdə gözə ala bilərik. Ən azından başqalarında bizi rahatsız edən şeyləri görüb özümüzü tanımağa başlaya bilərik.

Instagram TV yeni YouTube olabilir mi?

Tərcümə: WEB Dizayn Studiya

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir