İngiltərəni 2-1 udan Xorvatiya Dünya Çempionatı 2018-in finalına çıxdı

Rusiyada keçirilən futbol üzrə DÇ-2018-də Xorvatiya İngiltərə millisini 2-1 hesabla udaraq, tarixində ilk dəfə Dünya Çempionatının finalına çıxa bilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Moskvadakı “Lujniki” stadionunda keçirilən qarşılaşmada qalib gələn Xorvatiya yığması finalda finalda Fransa ilə görüşəcək.

Türkiyəli hakim Cüneyt Çakırın yönəltdiyi görüşdə erkən qol vurulub. Qarşılaşmanın 5-ci dəqiqəsində Kieran Tripperin cərimə zərbəsindən birbaşa “doqquzluğa” göndərdiyi top ingilisləri hesabda irəli çıxarıb – 1:0. Qarşılıqlı hücumlara baxmayaraq, birinci yarıda başqa qol olmayıb və komandalar fasiləyə bu hesabla yollanıblar.

Oyunun ikinci yarısının ortalarından başlayaraq hesabı bərabərləşdirmək üçün təzyiqləri artıran Balkan təmsilçilərinin ardıcıl təhlükəli hücumları 68-ci dəqiqədə uğurlu alınıb. Şime Vrsalkonun sağ qanaddan ötürməsindən sonra rəqibin cərimə meydançasında müdafiəçilərdən qabaq özünü topa yetirən İvan Perişiçin zərbəsi qapıçı üçün əlçatmaz olub – 1:1.

Bu qoldan daha da ruhlanan Xorvatiya yığması daha bir neçə təhlükəli anlar yaradıb. Oyunun 72-ci dəqiqəsində Perişiçin dubl etməsi üçün əlverişli imkan yaransa da, onun zərbəsindən sonra top qapı dirəyinə dəyib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissə oynanılıb.

Artırılan ikinci yarının 4-cü (109-cu) dəqiqəsində Xorvatiya yığması hesabda irəli çıxıb. İvan Perişiçin başla ingilislərin cərimə meydançasına ötürdüyü topa iki müdafiəçinin arasından keçərək zərbə endirən Mario Mandzukiç komandasına finala vəsiqə qazandıran həlledici qolu qapıdan keçirib – 2:1. Bu, oyunda sonuncu qol olub.

Beləliklə, XXI dünya çempionatının yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə yığmasını 2:1 hesabı ilə udan Xorvatiya millisi tarixində ilk dəfə mundialın finalına yüksəlib.

https://www.youtube.com/watch?v=WLLl6RuwUR8

МАТСН: СRОАТІА vs ЕNGІАND – НІGНLІGНТS – 2018 |HD|

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir