İlk dəfə İngiltərə Çempionu olan Lester milyonlar qazandı

İngiltərə Premyer Liqasında 2015/2016 mövsümünün qalibi bəlli olub. Bu mövsümdə sürpriz çıxışı ilə yadda qalan Lester Siti sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Buna səbəb “tülkülər”in ən yaxın izləyicisi Tottenhemin hesabat turunda keçirilən Çelsi ilə oyunda xal itkisinə məruz qalması olub – 2:2. Bunun nəticəsində Lester Sitinin londonlularla sona 2 tur qalmış  7 xallıq fərqi yaranıb.

36-cı turdan sonra Lesterin 77, Tottenhemin isə 70 xalı var.

Fasiləyə 2:0 hesabı ilə üstün yollanan Tottenhem ikinci hissədə qapısında iki top görməklə qələbəni əldən verib – 2:2. Bu nəticədən sonra Tottenhemin lider Lester Siti ilə xal fərqi 7-yə yüksəlib.

Beləcə, Lester Siti Futbol Klubu (Leicester City FC)  son iki turun nəticəsindən asılı olmayaraq tarixində ilk dəfə Premyer Liqanın qalibi adını qazanıb.

İngiltərə Premyer Liqası, 36-cı tur

Çelsi – Tottenhem: 2-2
Qollar: Keyn, 35 (0:1), Henq-Min, 44 (0:2), Kehil, 58 (1:2), Azar, 83 (2:2)

Lester Siti Futbol Klubu milyonlar qazandı

İngiltərə Premyer Liqasında çempionluğu rəsmiləşən Lester Siti FK bu zəfər nəticəsində büdcəsini xeyli artıracaq. Klaudio Ranyerinin yetirmələrinin uğuru komandaya 150 milyon funt-sterlinq qazandırıb.

İngiltərə Futbol Federasiyası Premyer Liqada çıxış edən hər kluba 54 milyon funt ödəyir. Çempion olan komanda isə əlavə olaraq 25 milyon qazanır. Bundan başqa klub teleyayımdan da gəlir əldə edir. Yayılan məlumata görə, “tülkülər” hər ev oyunu zamanı satılan biletlərdən 880 min funt qazanıb. 16 ev oyunu olduğunu nəzərə alsaq, bu da 14 milyon funt deməkdi.

Bundan başqa Lester Çempionlar Liqasında (Champions League) iştirak edəcəyi üçün UEFA-dan da mükafat alacaq.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir