İlham Əliyev: 1 cümlədə 4 yalan danışan prezident görməmişəm

Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurultayın açılışında çıxış edib.

“Ermənistan aprel döyüşləri barədə yalan informasiyaları dünyaya ötürməyə nə qədər çalışsa da, buna nail ola bilməyib. Yalnız erməni diasporuna satılmış xarici jurnalistlər aprel döyüşlərini ermənilərin qələbəsi kimi qələmə verməyə çalışdılar. Amma alınmadı. Hamı bilir ki, nələr baş verib və aprel döyüşlərinin nəticəsi nədir”.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında deyib.

Prezident deyib ki, onlar çalışırlar ki, dünyanı və erməniləri öz yalanları ilə aldatsınlar. “Gah dedilər ki, heç bir torpaq itirməyiblər, guya qələbə qazanıblar, sonra da dedilər ki, torpaq itiriblər, ancaq əhəmiyyətsiz ərazilərdir. Sonra dedilər ki, əhəmiyyəti var… Tamamilə özlərini itiriblər.

Dövlət başçısı onların gülünc vəziyyətə düşdüyünü deyib və bildirib ki, gülünclüyün son ifadəsi isə Ermənistan prezidenti Serj Sarkisyanın Avrasiya Birliyinin sammitində çıxışı zamanı olub. Belə ki, dövlət başçısı erməni liderin bir cümlədə 4 yalanının üstünü açıb.

“Ermənistan barış istəmir. Görəndə ki, basqılar artır, bəyanatlar səslənir ki, “status kvo” dəyişməlidir. Təxribatlara əl atır. Təkcə təmas xəttində deyil, başqa istiqamətlərdə də. Daim kəndlərimizi atəşə tutur. Aprel döyüşlərində də eyni təxribat idi. Apreldə də Azərbaycan ordusu layiqli cavab verdi, onları yerinə oturtdu.

Birincisi, aprel döyüşlərinin səbəbkarı Ermənistandır. “Status-kvo”nu saxlamaq istəyir, təxribatlara əl atır. Ermənistan 1 il əvvəl də təxribata əl atmışdı, buna görə bir vertolyotlarını itirdilər.

İkincisi, təmas xəttində nəzarəti necə ələ alıblar ki, özləri 800 hektar ərazini itirdiklərini bildirirlər? Halbuki 800 hektar yox, Füzuli və Cəbrayıl rayonları ərazisində 2000 hektardan çox ərazi azad edilib.

Üçüncüsü, Dağlıq Qarabağ ordusu yoxdur. Bu, bir mifdir. Qarabağda erməni silahlı birləşmələrində xidmət edənlərin 80 faizi Ermənistan vətəndaşıdır.


Prezident İlham Əliyev Ermənistanın yalanlarından danışdı

Dördüncü, guya Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bu, ağ yalandır. Azərbaycan ordusu əks hücum ilə torpaqlarımızı azad edib, Ermənistan da 2-3 gün ərzində çalışıb ki, itirilmiş torpaqları qaytarsın. Görəndə ki, buna nail ola bilmir, daha çox itkilər verir, dayanmasalar da daha çox torpağı azad edəcəyik, özləri Rusiyaya xahişlə müraciət ediblər. Rusiya Baş Qərargah rəisi bizim rəisə zəng edərək xahiş etdi ki, atəşkəs bərpa olsun. Ermənistan döyüşlərin dayandırılmasını xahiş edir. Sonra Rusiya prezidenti mənə zəng etdi. Təklif etdi ki, atəş dayandırılsın. Reallıq budur”.

Bir cümlədə dörd yalan danışan prezident

O deyib ki, bir cümlədə dörd yalan danışan prezident görməyib. “Ermənilər bu antirekorda görə Ginnesin (Guinness) Rekordlar kitabına düşəcək. Aprel döyüşləri Azərbaycan ordusunun qücünü bir daha göstərdi”.

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir