İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər Naziri Mövlud Çavuşoğlunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlunu qəbul edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, Prezident İlham Əliyev Gürcüstanın Baş Nazirinin Müavini-Xarici İşlər Naziri Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyətini qonaq etdikdən sonra Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Prezident Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda Qurban bayramı ilə bağlı telefonla danışdıqlarını, hər iki dövlət başçısının təmaslarının daimi xarakter daşıdığını vurğuladı. Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünün önəmliyinə toxunan dövlətimizin başçısı bu görüşün ölkələrimiz arasında ikitərəfli bağlantıların müzakirəsi üçün də yaxşı fürsət yaratdığını qeyd etdi. Hər üç ölkə arasında müzakirə olunacaq çoxlu sayda məsələlərin olduğunu deyən Prezident İlham Əliyev siyasi, iqtisadi, enerji, nəqliyyat kimi sahələrdə artıq yaxşı sonucların əldə edildiyini bildirdi. Dövlətimizin başçısı üç ölkə arasında aparılan işlərin həm ölkələrimiz, həm də ümumilikdə bölgə üçün böyük önəm daşıdığını vurğuladı. Bu formatda artıq bir neçə ildir ki, görüşlər keçirildiyini vurğulayan Prezident İlham Əliyev bunların həm siyasi, həm də iqtisadi məsələlərin çözümü üçün önəmli üçtərəfli format kimi özünü doğruladığını və örnək bir format olduğunu dedi.

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Mövlud Çavuşoğlu Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün ölkələrimizin yerləşdiyi bölgənin sabitliyi və iqtisadi inkişafı üçün önəmli olduğunu vurğuladı, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın bu işlərə verdiyi qatqıya görə dövlətimizin başçısına çox sağolunu bildirdi.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Görüşdə ölkələrimiz arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.


Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir