İlham Əliyev Nyu-Yorkda ABŞ Prezidenti Donald Tramp və Xanımı ilə Görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp (Donald Trump) və onun xanımı Melani Tramp (Melania Trump) ilə görüşüb. Azərbaycanın ilk vitse-prezidenti və birinci xanım Mehriban Əliyeva da gğrüşə qoşulub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, Prezidentin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədəki hesabında görüşdən foto paylaşıb.

Qeyd edək ki, sentyabrın 17-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfərə gediblər.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfərə gəlib

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir