Ağıl oyunu problem çözmək deməkdir. Bu hər olaya başqa-başqa perspektivlərdən baxmağı bacarmaq deməkdir. Şahmatın sizin beyin bacarıqlarınızı necə inkişaf etdirməsiylə bağlı daha geniş Hindistanlı şahmatçı, beynəlxalq qrossmeyster Tanya Saçdevin (Tania Sachdev) RedBull Azərbaycanla müsahibəsindən öyrənin.

Problem çözümüylə bağlı olan oyunlardan ən klassik sayılanlardan biri də şahmatdır. Şahmat problemi rəqabətə əsaslanaraq çözür:  sizin və rəqibinizin eyni istəyiniz var – rəqibin şahını mat etmək – və bunu etmək üçün hər birinizin eyni imkanları var. Bu bizim yaşamımız boyunca yararlandığımız düşüncələri taplamağa, tənqidi düşüncə, mücərrəd düşüncə, problem həll etmə, görüntünün tanınması, strateji planlama, yaradıcılıq, araşdırma, sintez və dəyərləndirmə kimi əqli bacarıqları inkişaf etdirən sonsuz beyin imkanlarının məşqidir.

Hindistanlı şahmat ustası və qadın qrossmeyster Tanya Saçdev (Tania Sachdev) ilk dəfə 7 yaşında oyunlara başlayıb və 8 yaşında ilk beynəlxalq titulunu qazanıb. 2007-ci ildə o, İran İslam Respublikasında Asiya Qadınlar Çempionatının qalibi olub.

Şahmatın Saçdevin beyin bacarıqlarını necə inkişaf etdirməsiylə bağlı daha geniş bilgilər almaq üçün onunla danışdıq.

– Şahmat oynayan zaman sizin beyninizdə nə baş verir?

Şahmatda çalışmalar içəridədir. Bu, tamamilə ağıl, psixologiya və sinirlə bağlıdır. Klassik şahmat oyunu 6 saata qədər davam edə bilər: ilk 2 saatdan sonra diqqətini toplamaq və yaxşı oynamaq üçün dözümlülük ağılın ən önəmli şərtlərindən biridir. Bir səhv və “oyun bitir”. Oyun zamanı bütün fikirinizi toplamaq və diqqətinizi yayındıracaq hərşeyi ağlınızdan atmaq ən böyük çətinliklərdən biridir. Siz şahmat taxtasına yaxınlaşıb oyuna başlayan zaman dünya yoxa çıxır! Bu bağlantını kəsmək üçün düyməni basmağa oxşayır. Elə olur ki, fikri toplamaq çox çətin olur və sonra siz diqqətinizi toplamaq üçün başqa səylər göstərməli olursunuz. Oyun zamanı fikriniz tez-tez dağılmaq istəyəcək və siz onu nəzarət altında saxlamağı bacarmalısınız.

– Şahmat oynayan zaman Sizin beyniniz necə mübarizə aparır?

Şahmat fiziki gücə deyil, daha yaxşı və sürətli hesablamağa, hiyləli ideyalara və gedişlərə, saatın səsi saniyələri göstərərkən əsəblərini nəzarət altında saxlamağa əsaslanır. Qıraqdan durum sakit və səssiz kimi görünür, ancaq içəridə tamamilə əksinədir! “Bu beyində sirkə oxşayır” – Oyunçu planlaşdırmalı və strategiya işlətməli, gedişləri öncədən saymalı, problemləri çözməli, qarşılıq verməli və daha pis mövqelərin qarşısını almalıdır. Bu beyin döyüşünə oxşayır. Beyin hər zaman yeni çətinliklər üzərində düşünməli olur.

– Şahmatçıların hamısında olması zəruri olan başlıca bilik və bacarıqlar hansılardır?

Yaxşı şahmatçı olmaq üçün siz müxtəlif bacarıqları inkişaf etdirməlisiniz və buna yalnız təcrübə və məşq yolu ilə çatmaq olar. Yaddaş çağdaş şahmatın böyük bir aspektidir. Açılış hazırlıqlarını yadda saxlamaq, keçmiş oyunları, ideyaları və görüntüləri oyun zamanı yada salmaq ən önəmli şərtlərdən biridir. Yaradıcılıq və məntiq önəmlidir. Rəqibi udmaq üçün çətin yaradıcı ideyalar düşünmək gərəkdir, ancaq şahmat eyni anda praqmatik və praktik olmağı tələb edir. Uzun və çətin yolları axtararaq yerinə yetirməklə asan yolları unutmamaq önəmlidir. Məntiqlə düşünün və siz uğurlu gedişlər etməyin yolunu tapa bilərsiniz. Həmçinin güclü vizual anlamın olması da önəmlidir.

Güclü oyunçu şahmat taxtası üzərində olan görüntüləri və ideyaları qısa anda görür.

– Gündəlik həyatınız üçün şahmat sizə hansı bacarıqları öyrədir?

Şahmat beyin üçün böyük məşqdir. Ümumiyyətlə o, həyat üçün faydalı olan bir çox bacarıqları inkişaf etdirir. Qərar qəbul etmək və məntiqi nəticə çıxartmaq bacarığını, həmçinin diqqətini toplamaq və yaddaş kimi bacarıqları inkişaf etdirir. Ümumilikdə, idman növləri sizi döyüşçü edir, şahmat isə bacarıqlı olmağı öyrədir.

– Şahmat oynamaq üçün zəruri olan bacarıqlarınızı necə inkişaf etdirə bilirsiniz?

Təlim və davamlı olaraq bu oyun üzərində işləmək şahmat oynamaq üçün bacarıqlarının inkişafı üçün tək yoldur. Yarış təcrübəsi, səhvlərin təhlili, yaxşı oynayan oyunçuların oyunlarının öyrənilməsi və hesablama bacarıqları üzərində işləmək daha yaxşı oynamağınıza gətirəcək. Şahmatda təlim ilə yanaşı həmçinin yaxşı fiziki formada olmaq vacibdir. Oyun zamanı uzun müddət beynin tam işləməsi üçün bədən formada olmalıdır. Dözümlülük böyük rol oynayır, çünki ən böyük səhvlər oyunun son anlarında baş verir. İdmanla məşğul olmaq sizin oyun təliminizin bir parçası olmalıdır, şəxsən yoqa mənim üçün işə yarayır.

Hindistanlı qadın şahmatçı qrossmeyster Tanya Saçdev (Tania Sachdev)

– Gənc yaşdan əqli bacarıqların inkişafına təkan vermək üçün məktəblər necə kömək edə bilərlər?

Məktəb və universitet illəri bizim düşüncə prosesimizin, dünyagörüşümüzün və ümumiyyətlə şəxsiyyətimizin inkişafında çox böyük rol oynayır. Ağlımızı gənc yaşlarımızdan məşq etdirə bilsəydik çox yaxşı olardı. Yalnız dərsliklərlə bu olan deyil. Təhsil sistemi bunu reallaşdırır və yavaş-yavaş inkişaf edir. Şahmat kimi oyunlar beyni inkişaf etdirmək üçün böyük vasitədir. Hətta peşəkar səviyyədə qəbul olunmasa da, bir çox müxtəlif bacarıqları inkişaf etdirir. Dünyanın bütün məktəbləri şahmatı tədris planının bir parçası kimi qəbul edirlər.

Tanya Saçdev haqqında
Tanya, Beynəlxalq Şahmat Ustası və Qadınlar Qrossmeyseri titulları qazanan hindli şahmat oyunçusudur. Tanyanı altı yaşında olanda anası Anju onu oynamağa gətirib. İki il sonra o ilk beynəlxalq titulunu qazanıb.


WGM Tania Sachdev – Beauty and the beast

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın