Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizəd Hilari Klinton (Hillary Clinton) və Donald Tramp (Donald Trump) arasında üçüncü və son teledebatı Nevada Universitetinde baş tutub. Bu dəfə Klinton debata rəy sorğularında ciddi qabaqda olub. Ekspertlərin düşündüyünə görə, seçki gününə 20 gün qalmış keçirilən debatda hər iki namizədin istəyi müstəqil – yəni özünü rəsmi olaraq heç bir partiyaya bağlamayan seçicilərin səslərini qazanmaq idi. Ötən debatlarda olduğu kimi həm Hilari Klintonun, həm də Donald Trampın seçki qərargahları debatqabağı günlərdə rəqibləriylə bağlı bacardıqları qədər çox nüfuzdan salan xəbərlər yaymağa çalışırdılar. Belə ki, bir tərəfdən Klintonun Wikileaks tərəfindən yayılmış email-ləri, başqa yandan isə Trampa qarşı bir neçə qadının onu ləkələyəcəyi ifadələr verməsi diqqət mərkəzində olub.

İmiqrasiya və Rusiya

İmiqrasiya məsələsi hər debatda qaldırılıb və bu dəfə də yeni bir şey deyilməyib. Klinton həmişəki kimi sənədsiz imiqrantlara vətəndaşlıq qazanmaq üçün şərait yaradacağını, bunun həm onlar üçün, həm də ölkə iqtisadiyyatı üçün faydalı olacagını deyib. Tramp isə, əksinə, 11 milyon imiqrantın iqtisadiyyata yalnız mənfi təsir etdiyini deyərək, özünün məşhur Meksika ilə sərhəddə divar tikmək vədini bir daha təkrar edib.

Klintona görə, Wikileaks vasitəsilə yayılmış məlumatlar əslində Vladimir Putinin əmri ilə yayılırmış. Hətta Trampın prezident kimi Putinin əlində oyuncaq olacağı iddiası da səslənib.

Təbii ki, bu dəfə də Rusiyasız ötüşməyib. Klinton Rusiya hökumətinin Trampın qələbəsində maraqlı olduğunu və bunun üçün ABŞ-a qarşı casusluq etdiyini bildirib. Ona görə, Wikileaks vasitəsilə yayılmış məlumatlar əslində Vladimir Putinin əmri ilə yayılırmış. Hətta Trampın prezident kimi Putinin əlində oyuncaq olacağı iddiası da səslənib.

Tramp Putinlə hər hansı əlaqəsini rədd etsə də, mümkün olarsa, normal münasibətlər qurmaq istədiyini deyib. Klintonun Putinə qarşı nifrətini isə demokratların administrasiyasının Rusiya prezidentinə daim uduzması ilə izah edib.

İqtisadiyyat, Suriya və Prezidentliyə Kim Layiqdir

İqtisadi strategiya ilə bağlı da həmişəki tezislər səslənib. Hər iki namizəd məhz özünün planının orta təbəqə üçün əlverişli olacağını, vergiləri, səhiyyə və təhsil xərclərini azaldacağını iddia etsə də, debatın aparıcısı hər iki planın iqtisadçılar tərəfindən mənfi qiymətləndirildiyini qeyd edib. Belə ki, Klintonun planının Obama dövrünün zəif iqtisadi inkişaf tendensiyasını təkrar edəcəyi, Tramp planının isə xarici borcu daha da artıracağı gözlənilir.

“Mosul bizim əlimizdə idi, indi isə onun üçün yenidən döyüşürük”

Xarici siyasət seqmentində əsasən Suriya və İŞİD müzakirə edilib. Mosul şəhərinin yaxın vaxtda alınacağına ümid etdiyini deyən Klinton bundan sonrakı hədəfin Rakka olacağını, daha sonra isə əl Əsəd və Putinlə diplomatik danışıqlar vaxtının gələcəyini ehtimal edib. Tramp isə İraqdan qoşunları çıxarmaqla problemə Obama və Klintonun elə özlərinin səbəb olduqlarını iddia edib. “Mosul bizim əlimizdə idi, indi isə onun üçün yenidən döyüşürük”, namizəd deyib. Trampa görə yaranmış vəziyyətdən udan yalnız Rusiya və İran olacaq.

Gözlənildiyi kimi bir neçə qadının Trampa qarşı nalayiq əməllər etməsi ittihamları barədə sual verilib. Tramp bunları yalan adlandırıb və əlində sübutu olmasa da, bunların Klinton tərəfindən təşkil edildiyinə inandığını bildirib.

Klinton yenə də rəqibinin prezidentlik üçün yaramadığını, Trump isə Klintonun email qalmaqalında əslində cinayət törətdiyini, bu səbəbdən də onun seçkilərdə iştirakının düzgün olmadığını deyib. Bundan başqa Klinton xeyriyyə fondunun fəaliyyəti və namizədin qadın hüquqlarını tanımayan ərəb ölkələrindən seçki üçün pul qəbul etməsi də sorğulanıb.

Respublikaçı namizəd bütün dövlət aparatının və hətta medianın ona qarşı qərəzli mövqe tutduğunu, artıq bəzi seçki pozuntularından xəbəri olduğunu və bu səbəbdən seçkilırin nəticələrini tanımamaq ehtimalı olduğunu deyib.

Son Debatın Son Sözü

Klinton sonda hər bir amerikalının prezidenti olmaq istıdiyini bildirib. Bununla o, özünü müxtəlif azlıqlara qarşı xoşagəlməz ifadələr işlədən Trampa qarşı qoyub. Özünün təcrübəsinə diqqət çəkmək istəyən Klinton həm də fəaliyyətini böyük kapitalların yox, sadə vətəndaşların xeyrinə yönəldəcəyinə söz verib.

Tramp son sözündə belə Klintonu şərh edərək, onun elə həmin kapitallardan pul aldığını yada salıb. Özünün isə ölkənin hərbçilərinin, veteranlarının, polis və kasıb şəhər əhalisinin, o cümlədən afro-amerikan və ispandilli grupların yanında olacağını vəd edib.

ABŞ prezident seçkilərinə namizədlər-Hilari Klinton-Donald Trampın son debatı
Hilari Klinton Donald Trampın toyunda
ABŞ prezident seçkilərinə namizədlər-Hilari Klinton-Donald Trampın son debatı
Hilari Klinton və Donald Tramp həyatlarının 30-cu illərində

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın