Ermənistan-Rusiya xəttində atəş səsləri susmur. Nikol Paşinyan hakimiyyətinin Moskva qarşısında mərkəzdənqaçma siyasəti Kremlin ciddi qəzəbinə səbəb olur. Lakin bağışlamağı sevməyən ruslar hələ ki, ermənilərlə sərt dildə danışmaqla kifayətlənirlər. Ötən həftə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Koçaryanın həbsinə münasibət bildirərkən, Ermənistanda baş verənlərin onları rahatsız etdiyini açıqladı.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə qonşu ölkələrin Gürcüstandakı NATO təlimlərində iştirakından təəssüf hissi keçirdiklərini bildirdi. Bu təlimlərdə Ermənistanla yanaşı, Türkiyə və Azərbaycan da iştirak edir. Lakin Ermənistan mediası Zaxarovanın məhz erməniləri nəzərdə tutduğunu yazır.

Publika.az bildirir ki, erməni siyasi şərhçi Aykazn Qaqriyanın fikrincə, Rusiya Ermənistanın Qərblə istənilən əməkdaşlığına qarşıdır və Kreml çətin ki, baş verənləri bağışlayacaq.

“Rusiya və Ermənistan arasında “atışma” getdikcə şiddətlənir. Rusiya indi dilemma qarşısındadır: Ermənistanın yeni hökuməti ilə işləmək, yaxud da qırmızı xətti keçərək, müdaxiləyə əl atmaq. İkinci yol nə qədər təhlükəli olsa da, Moskvanın müdaxiləni seçəcəyi daha çox inandırıcıdır”, – deyə erməni şərhçi vurğulayıb.

Başqa bir şərhçi Romella Mnasakanyan isə Qərbin Ermənistanı xilas etməli olduğunu yazıb.

O, Gürcüstan və Ukrayna ssenarisini yada salıb və Qərbin Rusiyanın müdaxiləsi qarşısında heç nə edə bilmədiyini vurğulayıb.

“Rusiya Gürcüstan və Ukraynada istədiyini etdi. Bununla göstərdi ki, o istəyəndə dağıda bilir. Bu baxımdan, Rusiya Ermənistana da müdaxilə edə bilər. Qərb bunu gözə alaraq keçmiş səhvlərini təkrarlamamlı və Ermənistanı xilas etməlidir. Çünki Rusiya Ukrayna və Gürcüstanda olduğu kimi Ermənistanda da “hibrid savaşı”nə başlayacaq. Halbuki, bu savaş birbaşa Qərbə qarşıdır”, – deyə erməni şərhçi iddia edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın